Pul və banklar
Pul və banklar fənninə daxil olan mövzular bütün dinləyicilərikifayət qədər çevik, lakin müfəssəl materiallarla təmin edir.
Pul və banklar fənni əsas nəzəri kurslardan biri olmaqla pul, kredit, bank sistemi, bank olmayan kredit təşkilatları, beynəlxalq valyuta münasibətləriv haqqında biliklərin əsasını qoyur və maliyyə elminin təməl daşını təhkil edir. Belə ki, iqtisadi, ictimai və sosial proseslərin bütün mərhələlərində pul, kredit və banklar iqtisadiyyatın əsas kateqoriya və elementlərindən hesab edilmişdir.
Mövzuların spesifik xüsusiyyəti ondan ibarətdir ki, iqtisadiyyatın tipindən və inkişaf səviyyəsindən asılı olmayaraq, pulun, kreditin, bankların rolu, fəaliyyət istiqamətləri, strateji yeri müəyyənləşdirilir və bu barədə nəzəri təsəvvürlər formalaşdırılır.
İnanırıq ki, fənnin mövzular həm gələcəkdə mütəxəssis kimi formalaşmaq istəyənlər, həm də mütəxəssislərüçün faydalı olacaq, onların maliyyə xidmətləri sektorunda peşəkar kadr kimi çalışmalarına kömək edəcəkdir.
- Müəllim: Zöhrab İbrahimov