Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil
Bu kurs maliyyə savadlılığının təşviqi və tədrisi üçün siyasətlər işləyəcək pedaqoji heyət, habelə təşkilat rəhbərləri və insan resursları menecerləri üçün maarifləndirmə məqsədilə hazırlanıb.
Kursda orta və ali təhsilin müxtəlif mərhələlərində maliyyə savadlılığı dərslərinin keçirilməsi, qısa, orta və uzun müddətdə bu dərslərin effektivliyinə dair tədqiqatlar, özəl təşəbbüslər, ali təhsildə tələbələrin maliyyə savadlılığının artırılması üçün görülən işlər və müxtəlif ali təhsil müəssisələrinin qabaqcıl layihələrindən bəhs edilir.
Bundan əlavə, maliyyə savadlılığı, maliyyə davranışı və maliyyə stresi arasındakı əlaqələrə və maliyyə stresinin iş yerində əməkdaşların məhsuldarlığına təsirinə dair maraqlı faktlardan danışılır. Bu mövzunun, xüsusilə, məktəb, universitet, təşkilat rəhbərləri və insan resursları menecerlərinə faydalı və maraqlı olacağına əminik.
Kurs əsasən Cey Libovits (Jay Liebowitz) tərəfindən redaktə edilən “Financial Literacy Education” (Maliyyə Savadlılığı Təhsili) adlı kitabda yer alan elmi məqalələr əsasında hazırlanmış və digər müvafiq resurslardan da istifadə olunmuşdur.