Əməliyyatların idarəedilməsi
Hörmətli kursun iştirakçısı,
Günümüzdə elə bir biznes, özəl və ya dövlət təşkilatı yoxdur ki, gündəlik funksiyalarını həyata keçirmək üçün orada əməliyyatların idarə olunması prinsipləri nəzərə alınmasın.
Əməliyyatların idarəedilməsi bir çox hallarda işin təşkili, nəzarət, monitoriq və əsas biznes funkisyalarının yerinə yetirilməsi ilə əlaqədardır. Əməliyyatların idarə edilməsi bir çox sahələri əhatə edir və təşkilatın ümumi uğurunu müəyyən edən bir istiqamətdir.
Kursda ümumilikdə 4 modul əhatə edilmişdir. Tədris zamanı proseslərə yanaşmada düzgün düşüncə tərzi, Little qanunu, iş prosesinə mane olan əngəllər, prosesin təkmilləşdirilməsi kimi mövzularla tanış olaraq bu sahə ilə bağlı biliklərinizi daha da təkmilləşdirəcəksiniz.
Kursun bütün iştirakçılarına uğurlar!
Kurs 06.11.2024-ci il tarixində istifadəyə verilib.