VİRTUAL TƏHSİL PLATFORMASI

Bank işi

Bu kurs müasir bank sektoru ilə bağlı nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan asılı formalaşan fəaliyyət istiqamətləri araşdırılır. Eyni zamanda bankların maliyyə hesabatlarının tərkib hissələrinə və bank fəaliyyətinin maliyyə əmsalları əsasında təhlilinə də geniş yer verilmişdir. Kursda, həmçinin mərkəzi bankçılığa, pul siyasətinə və bankların tənzimlənməsinin beynəlxalq standartlara uyğun şəkildə aparılması qaydalarına da xüsusi diqqət yetirilmişdir. Müasir dövrdə bank böhranları, onların səbəbləri, həmçinin çağdaş mövzulardan olan investisiya bankçılığı kimi mühüm əhəmiyyət kəsb edən məsələlərə də toxunulmuşdur. Ümumilikdə, bu fənn universitet tələbələri, bank sektorunda karyera qurmaq istəyənlər və hal-hazırda bu sektorda çalışanlar üçün faydalı olacaqdır. Əldə edəcəyiniz biliklər qlobal və yerli bank sistemindəki mövcud tendensiyalardan xəbərdar olmağa kömək edəcəkdir. Bununla yanaşı, kursda öyrəndiklərinizin daha rasional maliyyə qərarları vermənizdə yardımçı olacağına da inanırıq.

Sizə bu kursda uğurlar arzu edirik!

Nigar_intro_HD_encoded.mp4Nigar_intro_HD_encoded.mp4