QISA BİOQRAFİYA
Təhsil:2007-2011-cü illərdə Bakı Dövlət Universitetinin "Hüquq” fakültəsinin bakalavr pilləsini bitirmişdir.
2012-2014-cü illərdə Bakı Dövlət Universitetində "Cinayət hüququ" ixtisası üzrə magistr təhsili almışdır.
İş təcrübəsi: 2014-2016-cı illərdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində fəaliyyət göstərib. 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında sığorta nəzarəti və hüquq departamentlərində fəaliyyət göstərib. 2020-ci ildən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankında hüquqşünas kimi çalışır. Həmçinin, ali təhsil müəssisələrində Sığorta hüququ fənninin tədrisi ilə də məşğuldur.
İxtisaslaşmış sahələr: sığorta hüququ, bank hüququ, müflisləşmə və iflas
Beynəlxalq sertifikatlar: Böyük Britaniyanın “Chartered Insurance Institute” tərəfindən təşkil olunan imtahanlardan keçərək müxtəlif beynəlxalq səviyyəli sertifikatlar almışdır.
İstifadəçinin kursları



