Maliyyə sistemi, maliyyə bazarları və maliyyə vasitəçiliyi
Bu kurs maliyyə sahəsində peşəkar karyera qurmaq istəyənlər üçün faydalı olacaqdır. Kurs ərzində nəzəri biliklərlərlə yanaşı, eyni zamanda beynəlxalq aləmdə tanınmış bankların təcrübələri və öz şəxsi təcrübəmdəm əldə etdiyim məlumatları sizinlə bölüşəcəyəm.
Kurs əsasən 3 hissədən ibarətdir:
i) maliyyə sistemi, maliyyə bazarları və maliyyə vasitəçiliyi,
ii) əsas maliyyə vasitəçiləri olan bankların fəaliyyəti və bank xidmətləri,
iii) ödəniş sistemləri və alətləri üzrə mövzulardan ibarətdir.
Bu kursda klassik dərsliklərdə tapa bilmədiyiniz ödəniş alətləri, ödəniş və qiymətli kağızlarla hesablaşma sistemləri, kart sistemləri üzrə praktik biliklər əldə edə bilərsiniz. Bu sistemlərin iş prinsiplərini, fəaliyyət reqlamentini, sistemlər arası əlaqənin incəliklərini öyrənmək bank əməkdaşı üçün sahəsinin professionalı olması üçün zəruridir.
Kurs zamanı mən sizə son dövrlərdə bank xidmətləri səbətində artan tranzaksiya bankçılığı haqqında da məlumat verəcəyəm. Artan müştəri tələbləri bankların müştərilərə təqdim etdiyi xidmətlərin spektrinin genişləndiririlməsini zəruri edir. Ölkədə artıq aparıcı bankların xidmət portfelində tranzaksiya bankçılığına daxil olan xidmətlər yer almaqdadır.
Kursa qatılın, professional bilik və bacarığınızı artırın!
- Müəllim: Kəmalə Qurbanova