Biz kimik?
Mərkəzi Bankın Virtual Təhsil Platforması (VTP) - iqtisadiyyat və bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən ödənişsiz platformadır.
VTP-nin əsas məqsədi müvafiq təhsil istiqamətində bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim üsullarını müasir formatda təklif etməkdir. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.
İstifadəçilər virtual təhsil platformasında hər hansı kurs üzrə istənilən vaxt qeydiyyatdan keçib video-mühazirələrə, interaktiv tapşırıq və testlərə çıxış əldə edə bilərlər. Təlim materiallarının mərhələli mənimsənilməsi və özünüqiymətləndirmə bu tədris formasının tərkib hissəsidir. Kursları müvəffəqiyyətlə bitirmiş və yekun qiymətləndirmə imtahanında məqbul bal toplamış dinləyicilər müvafiq sertifikatla təmin olunurlar.
Müraciətlərinizi edu@cbar.az elektron ünvana göndərə bilərsiniz.