Riskin idarə edilməsi və sığorta
Hörmətli kursun iştirakçısı,
Risk nəticəsindən asılı olmayaraq təsadüfi və gözlənilmədən baş verən hadisədir.
Riskin idarəedilməsi və sığorta kursu beynəlxalq metodologiyalara əsaslanaraq hazırlanmışdır. Kurs risk, riskin növləri, riskin gündəlik həyatımızdakı yeri və təsiri, riskin idarəedilməsi mexanizmləri və alətləri, eləcə də riskin idarəedilməsinin başlıca alətlərindən olan sığorta barədə ətraflı məlumatları ehtiva edir. Kurs boyunca sığorta mexanizminin incəlikləri ilə bağlı ətraflı məlumat iştirakçılara təqdim ediləcəkdir. Kursu tamamlayan iştirakçılar sığorta nə olduğunu, sığotanın bütün dünyada qəbul edilmiş beynəlxalq prinsiplərini, təkrarsığortanın nə işə yaradığını və sığorta sahəsində olan subyektlərin nədən ibarət olduğunu mənimsəyəcəklər.
Kursun hədəf kütləsi maliyyə sahəsində çalışan şəxslər xüsusilə risk menecerləri, sığorta sektorunda fəaliyyət göstərən mütəxəssislər, istər bakalavr, istərsə də magistr və daha yuxarı təhsil pilləsində təhsil alan tələbələr, eyni zamanda elmi fəaliyyətini davam etdirən tədqiqatçılardır.
Kursda əldə ediləcək biliklərdən maliyyə sahəsinin bütün sahələrində, qeyri-maliyyə sahəsində, gündəlik peşəkar və məişət həyatımızda istifadə edilməsi və tətbiq edilməsi mümkündür.
Kursun bütün iştirakçılarına uğurlar.
Kurs 10.05.2024-cw ildə istifadəyə verilib