Vergitutmanın praktiki aspektləri (2025)
“Vergitutmanın praktiki aspektləri” kursu maliyyə və vergi sahəsində çalışan, eyni zamanda vergi sahəsində biliklərini artırmaq istəyən şəxslər üçün hazırlanıb.
Kurs, vergitutmanın əsas dayağı olan gəlir vergisi, mənfəət vergisi, əlavə dəyər vergisi və əmlak vergisini dərindən öyrənmək və bu sahədəki bilikləri genişləndirmək üçün dəyərli məlumatlar təqdim edir.
Kursun məqsədləri:
Vergi qanunvericiliyinin əsaslarını öyrənmək və onun real iş şəraitində necə tətbiq edildiyini izah etmək
Vergilərin düzgün hesablanması və vergilərin vaxtında və məlumatlı şəkildə ödənilməsini öyrətmək.
Kursda nələri öyrənəcəksiniz:
- Fiziki şəxslərin gəlir vergisinin mahiyyəti və hesablanma qaydası
- Hüquqi şəxslərin mənfəət vergisinin mahiyyəti və hesablanma qaydası
- Əlavə dəyər vergisinin mahiyyəti və hesablanma qaydası
- Əmlak vergisinin mahiyyəti və hesablanma qaydası
- Qeyri-rezidentlərin Azərbaycan mənbəyindən əldə etdikləri gəlirlərin vergiyə cəlb edilməsi qaydası
Kurs 28.12.2024-ci il tarixində istifadəyə verilmişdir.