İzafi borclanma: problemlər və tövsiyələr
Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün təbliğat-maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən hazırlanmış Tədbirlər Planının icrasına başlanılmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi arasında müqavilə bağlanmışdır. Müqavilədə əhalinin demək olar ki, kredit almaq hüquqi olan bütün təbəqələri üçün müxtəlif maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə tədbirlərdən biri də onlayn təlim modullarının hazırlanması və geniş əhali kütləsi arasında yayılmasıdır.
Kurs ödənişsizdir. Geniş auditoriya üçün nəzərdə tutulub.