Quliyev Namiq Nəriman oğlu, karierasına 2011-ci ildə Azərbaycan Respublikasının (AR) Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində başlamışdır.
2016-2019-cu illərdə AR Maliyyə Bazarlarına Nəzarət Palatasında, 2020-ci ildən etibarən isə AR Mərkəzi Bankında Kapital bazarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentində çalışır. Karierası müddətində bir sıra layihələrin icra olunmasında yaxından iştirak etmişdir.
Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, maqistr dərəcəsini isə Böyük Britaniyanın Queen Mary universitetində (Queen Mary University of London) maliyyə proramı üzrə almışdır.
İstifadəçinin kursları
Bu kurs maliyyə bazarlarının əsas qollarından biri olan kapital bazarı ilə bağlı fundamental nəzəri biliklərin öyrənilməsi məqsədi ilə hazırlanıb. Kurs üç əsas və bir əlavə olmaqla ümumilikdə dörd hissədən ibarətdir.1. Kapital bazarına giriş2. Kapital bazarının infrastrukturu3. Kapital bazarında ...