VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Ruqiyyə Hacızadə istifadəçinin şəkili

Ruqiyyə Hacızadə

Bakı Dövlət Universitetində Hüquq üzrə bakalavr dərəcəsi, Dövlət hüququ üzrə magistr dərəcəsi almışdır. 

O həmçinin, İngiltərənin Lester Universitetində (University of Leicester) Beynəlxalq kommersiya hüququ üzrə magistr dərəcəsi almışdır. 

Bundan başqa, o, təhsilini İngiltərənin Oksford Universitetinin Səid Biznes Məktəbində (Said Business School University of Oxford) Strategiya və innovasiya istiqaməti üzrə davam etdirmişdir.

Müxtəlif şirkət və orqanlarda çalışmaqla bərabər, pedaqoji fəaliyyətini də davam etdirmiş, Bakı Dövlət Universitetinin Avropa hüququ magistr ixtisası üzrə Avropa Maliyyə hüququ tədris etmiş, həmçinin də, Azərbaycan İqtisad Universitetinin MBA Proqramı üzrə Biznes hüququ fənnini tədris etməkdədir.

Hal-hazırda bir sıra şirkətlərə müstəqil hüquqi və strateji konsultasiyalar təqdim etməklə bərabər, həmçinin müxtəlif  layihələrini idarə etməkdədir.

İstifadəçinin kursları

Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının 20 sentyabr 2019-cu il tarixli qərarı ilə əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün təbliğat-maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı, ...
İzafi borclanma: problemlər və tövsiyələr