VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Fəxri İsmayılov istifadəçinin şəkili

Fəxri İsmayılov

QISA BİOQRAFİYA

Təhsil: 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsinin bakalavr, 1998-2000-ci illərdə isə həmin fakültənin magistr pilləsini bitirmişdir. 2001-2004-cü illərdə Maliyyə kafedrasının aspirantı olmuşdur. 2008-ci ildə ABŞ-ın J.Kennedi adına Harvard Universitetinin "Dövlət Maliyyəsinin Menecmenti"  ixtisasartıma proqramını bitirmişdir. 2010-2011-ci tədris illərində Fulbright proqramı ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin "Maliyyə” departamentində post-doktorantura proqramının məzunu omuşdur. 2010-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

İş təcrübəsi: Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlamışdır və müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda Mərkəzi Bankın Statistika departamentinin direktoru vəzifəsində çalışır.


TƏDQİQAT SAHƏLƏRİ  

Ümumilikdə aparıcı daxili və xarici elmi jurnallarda nəşr edilmiş 20-a yaxın elmi məqalənin müəllifidir.

Tədqiqat maraqları: makro və monetar iqtisadiyyat, dövlət maliyyəsi, fiskal məsələlər və s.

Son illərdə həyata keçirdiyi tədqiqat işləri: Resurs iqtisadiyyatlarında fiskal çərçivə və fiskal dayanıqlıq, büdcə kəsiri və onun maliyyələşmə mənbələri, fiskal və monetar siyasətin koordinasiyası, orta müddətli xərclər strategiyası və s. sahələrdə aparılmış tədqiqat işlərinin müəllifidir.

Hazırda işlədiyi tədqiqat işi:

Tədiyə balansının və fiskal multiplikatorun makroiqtisadi effektlərinin tədqiqində iştirak edir.  

İstifadəçinin kursları

Kurs dövlət maliyyəsi və siyasətinin (dövlət maliyyəsinin nəzəri və ideoloji əsasları, xərc-gəlir təhlili, büdcə parametrlərinin təhlili və proqnozları, fiskal siyasət və dayanıqlıq, vergi nəzəriyyəsi və praktikası, vergi siyasəti və vergi yükü, vergi menecmenti, orta müddətli büdcə siyasəti və s...
Dövlət maliyyəsi