Sığorta xidmətləri: Vətəndaşlar üçün
Azərbaycan Respublikası Mərkəzi Bankı vətəndaşların maliyyə savadlılığının artırılması istiqamətində sığorta maarifləndirməsinin artırılmasına qərar vermişdir. Bu məqsədlə geniş əhali kütləsi üçün hazırlanmış “sığorta maarifləndirməsi” seminarında əsasən sığortanın mahiyyəti və cəmiyyətdə rolu, sığorta sinifləri və sığorta məhsulları, sığortalı və sığortaçının hüquq və öhdəlikləri, sığorta hadisəsi haqqında məlumatlar verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi arasında müqavilə bağlanmışdır və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən hazırlanmış Tədbirlər Planının icrasına başlanılmışdır.
Kurs ödənişsizdir. Geniş auditoriya üçün nəzərdə tutulub.
- Müəllim: Pərviz Quliyev