Qısa Bioqrafiya
1993-cü ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində Maliyyə-İqtisad Universitetini bitirmişdir. 2005-ci ildə isə Böyük Britaniyanın London şəhərində yerləşən “University of East London” universitetində Beynəlxalq Biznesin İdarə olunması üzrə MBA dərəcəsi almışdır.
1993-cü ildən etibarən 25 il ərzində maliyyə sektorunda çalışmışdır, əsasən bank və sığorta şirkətlərində mühasibatlıq, daxili audit, risklərin idarə olunması bölmələrinə rəhbərlik etmişdir.
01.06.2019-cu ildən etibarən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində İnsan Resursları İdarəsinin “Maarifləndirmə və İnkişaf Mərkəzinin” rəisi vəzifəsində çalışır. “Milli Kvalifikasiya Çərçivəsi” layihəsi çərçivəsində hazırlanmış “Sığorta mütəxəssisi” dərsliyinin müəllifidir. 2009-cu ildən etibarən Azərbaycan Bank Tədris Məktəbinin təlimçi-ekspertidir və bir sıra iqtisadi profilli universitetlərdə mühazirələr oxuyur və sığorta sahəsində tədqiqatla məşğul olur.