Sığorta
Müasir inkişaf etmiş cəmiyyətləri sığortasız təsəvvür etmək qeyri-mümkündür. Əbəs deyildir ki, bəzən ölkədə sığorta işinin inkişaf səviyyəsi həmin ölkələrin sivil-mədəni inkişaf səviyyəsinə bərabər tutulur.
Artıq çoxdan bəllidir ki, sığorta işinin müasir məhsuldar biznes fəlsəfəsini ancaq elmi tədqiqatlara söykənən mükəmməl biliklər əsasında əldə etmək olar.Şübhə yoxdur ki, elmi-praktiki baxımdan mükəmməl və kamil işlənmiş hər hansı bir nəzəriyyə, həmin sahənin praktiki icrasından milyon qat daha praktikidir.
Bu baxımdan kamil, peşəkar sığorta işçisi olmaqdan ötrü, ilk növbədə, onun nəzəri və konseptual əsaslarını səylə öyrənmək lazımdır.
Diqqətinizə təqdim etdiyimiz mühazirələr, məhz bu məramdan irəli gəlmişdir. Sığorta işi üzrə oxunan mühazirələrdə sığorta nəzəriyyəsi, əmlak, şəxsi sığortanın əsasları, sahibkarlıq risklərinin sığortası və təkrarsığorta, sığortaçının iqtisadiyyatı və maliyyə potensialı, sığorta marketinqi, sığorta nəzarəti və hesabatlılığı, dünya və milli sığorta bazarlarının inkişaf tendensiyaları haqqında biliklər əldə etmək mümkündür.
Sizi ölkəmizin sığorta auditoriyalarında aztapılan , müasir Avropa master-klass standartları səviyyəsində təqdim olunan neşəkar mühazirələrə dəvət edirik.