VİRTUAL TƏHSİL PLATFORMASI

 

Mikroiqtisadiyyat

İnsanlar istehlakçı, sahibkar və ya istehsal prosesinin iştirakçıları olaraq hər gün  mikroiqtisadiyyatın bir çox prinsiplərini təcrübədən keçirir və əslində onların seçimləri, qərarları  iqtisadi qanunauyğunluqlara əsaslanır.

Sizin də bildiyiniz kimi bütün dünyada əhali sayı artdığı üçün tələb də artır. Bəs artan tələb qarşılığında məhdud resursları olan iqtisadiyyat  necə tənzimlənir, tələb və təklifə təsir edən amillər hansılardır?

Hər gün istifadə etdiyimiz  məhsulların qiymətləri necə formalaşır, dövlətin qiymət siyasətinin bazarlara təsiri varmı?

Niyə bəzi məhsulları idxal, digərlərini isə ixrac edirik?

Vergi, idxal rüsumları necə tətbiq olunur və təsirləri nədir?

Bu  kimi suallara cavab tapmaq üçün hazırladımız dərs sizin üçün yaxşı bələdçi ola bilər. Bu dərsdə ev təsərrüfatları və şirkətlərin davranış və seçimlərinin bazarlara təsiri, dövlət siyasətinin rolu, bazarların xüsusiyyətləri və s. mövzularla tanış olacaqsınız.

Ümid edirəm bu dərsdə öyrənəcəkləriniz sizin iqtisadi biliyinizə əhəmiyyətli töhfə verəcəkdir. 

Sizə uğurlar !

Gulzar1_intro_source.avi.mp4Gulzar1_intro_source.avi.mp4