VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Gülzar Tahirova istifadəçinin şəkili

Gülzar Tahirova

QISA BİOQRAFİYA

Təhsil: 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsinin bakalavr, 1998-2000-ci illərdə magistr pillələrini bitirmişdir. 2011-ci ildən iqtisadiyyat üzrə fəlsəfə elmləri doktorudur.

İş təcrübəsi: Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində olan İqtisadi İslahatlar Mərkəzində başlamışdır. 2000-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi olaraq davam etdirmişdir. 2009-cu ildən hal-hazıradək Azərbaycan Respublikası Mərkəzi Bankında tədqiqatçı kimi çalışmaqdadır.


TƏDQİQAT SAHƏLƏRİ  

Tədqiqat maraqları: Makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, institusional iqtisadiyyat, iqtisadi artım, inkişaf strategiyaları və s.

Son 3 ildə həyata keçirdiyi tədqiqat işləri:

Dövlət xərcləri və iqtisadi artım arasında əlaqə

Azərbaycanda qeyri-formal institutlar və sosial kapitalın tədqiqi

İqtisadi artımla gəlir bərabərsizliyi arasında əlaqə və onun institusional aspektləri

Azərbaycanda əmək bazarının vəziyyəti: tələb-təklif faktorları

Kənar mənbələrdə yerləşdirilmiş tədqiqatlar

1. Azərbaycanın əmək bazarında tə­ləb və təklif amillərinin eko­nometrik qiymətləndirilməsi, AMEA Xəbərlər jurnalı, Bakı, 2007, cild 27, №2-3, s. 47-50

2. Azərbaycanın əmək bazarında təbii işsizlik səviyyəsinin qiymətləndirilməsi, AMEA Xəbərlər jurnalı, Bakı, 2009, cild 30, № 3, s. 147-155 

3. Əmək bazarının iqtisadi sektorlar və regionlar üzrə diversifikasiyası­nın qiymətləndirilməsi, Azərbaycanın Vergi Xəbərləri(aylıq elmi-metodiki jurnal), Bakı, 2010, № 6, s. 19-26 

4. Xərc-buraxılış cədvəlləri əsasında Azərbaycanın əmək resurslarının sahələrarası əlaqələrinin təhlili və proqnozlaşdırılması, "Ukraynada bazar münasibətlərinin formalaşması" jurnalı, Kiev, 2010, №9 (111), s. 200-206 

5. Government spending effectiveness and the quality of fiscal institutions (coauthor A.Qarayeva), june, 2016, MPRA

6. Income inequality around the world (coauthor R.Rahmanov, A.Qasimov), IZVESTIYA, journal of Varna University of Economics, Vol. 60, N 2, 2016, http://journal.ue-varna.bg/issue/contents/56

və b.

İstifadəçinin kursları

Kurs haqqında:Kursda Bazel III-ün yaranmasına ehtiyac, kapitalın tərkib elementləri, yeni kapital adekvatlığı standartları, leverec əmsalı və likvidliklə bağlı Bazel III standartlarında təklif edilən yeniliklər haqqında məlumat verilir.Mövzular:1. Bazel II-nin çatışmazlıqları və Bazel III-ün ...
Bazel III
Mən sizi iqtisadiyyatın  maraqlı sahələrindən biri olan inkişaf iqtisadiyyatı ilə tanış etmək istəyirəm. İnkişaf iqtisadiyyatı rifahın yaxşılaşmasına xidmət edən bütün   iqtisadi, sosial, siyasi, institusional məsələləri qarşılıqlı şəkildə öyrənir. Bazar mexanizmləri, dövlət və  özəl sektor ...
İnkişaf iqtisadiyyatı
İnsanlar istehlakçı, sahibkar və ya istehsal prosesinin iştirakçıları olaraq hər gün  mikroiqtisadiyyatın bir çox prinsiplərini təcrübədən keçirir və əslində onların seçimləri, qərarları  iqtisadi qanunauyğunluqlara əsaslanır.Sizin də bildiyiniz kimi bütün dünyada əhali sayı artdığı üçün tələb də...
Mikroiqtisadiyyat
"Statistika  fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla  işləməyi, ...
Statistika
Müasir şirkətin məqsədi nədir və bu məqsədə çatmaq üçün şirkət hara investisiya etməlidir? Bu investisiyanı etmək üçün maliyyələşməni haradan tapmalıdır? Sonda, investisiyadan gəlirlər investorlar arasında necə bölüşdürülməlidir? Bu tip suallara cavab vermək üçün korporativ maliyyə fənni üzrə 15 ...
Korporativ maliyyə
Təlim haqqındaTəlim iştirakçıların ekonometrika elminin zaman sıraları bölməsinin xüsusən də modelləşdirmə və proqnozlaşdırma istiqamətində müasir tətbiqi üsullardan istifadə edərək bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr  zaman sıraları bölməsinin əsas nəzəri ...
Ekonometrik modelləşdirmə və proqnozlaşdırma
About conferenceThe Central Bank of the Republic of Azerbaijan has organized the first International Research Conference on theme 'Macroeconomic policies and financial stability issues in emerging markets' on 30-31 October 2014.Up to 30 well-known researchers from central banks of the 15 ...
Macroeconomic policies and financial stability issues in emerging markets (Conference)