Bazel III
Kurs haqqında:
Kursda Bazel III-ün yaranmasına ehtiyac, kapitalın tərkib elementləri, yeni kapital adekvatlığı standartları, leverec əmsalı və likvidliklə bağlı Bazel III standartlarında təklif edilən yeniliklər haqqında məlumat verilir.
Mövzular:
1. Bazel II-nin çatışmazlıqları və Bazel III-ün yaranmasına ehtiyac
2. Bazel III-də kapitalın tərkib elementləri
3. Bazel III-də kapitalın tərkib elementlərinin tanınma meyarları
4. Bazel III-də kapital adekvatlığı tələbləri
5. Bazel III-də leverec
6. Bazel III likvidlik riski üzrə tələblər
Zəruri biliklər:
Bazel I və II, risklərin idarəedilməsi haqqında məlumatlı olmaq vacibdir.
Məsləhət görülən ədəbiyyat:
Basel III: A global regulatory framework for more resilient banks and banking systems - revised version, June 2011
Basel III: The Liquidity Coverage Ratio and liquidity risk monitoring tools, January 2013
Basel III: the net stable funding ratio, October 2014
Basel II: International Convergence of Capital Measurement and Capital Standards: A Revised Framework - Comprehensive Version, June 2006
Kursun formatı:
Kurs 10-15 dəqiqəik video-çarx şəklində mühazirələrdən və hər mühazirəyə uyğun sual-cavab bölməsindən ibarətdir.
Qiymətləndirmə və sertifikasiya:
Kursda hər kəs iştirak edə bilər. Sertifikat əldə etmək istəyən iştirakçılar Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzində keçirilən imtahanda iştirak etməlidir.