VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Leyla Yusifzade istifadəçinin şəkili

Leyla Yusifzade

QISA BİOQRAFİYA 

Təhsil: 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi Nəzəriyyə ixtisası üzrə bakalavr dərəcəsi üzrə təhsil almış və universiteti fərqlənmə diploma ilə bitirmişdir. 2009-cu ildə Böyük Britaniyanın Durham Universitetinin Maliyyə və İqtisadiyyat ixtisası üzrə magistr dərəcəsini almışdır. Universitet təhsili ilə bərabər maliyyə sahəsində professional sertifikasiya proqramı üzrə CFA sertifikatı var.

İş təcrübəsi: Əmək fəaliyyətinə 2007-ci ildə Unibank kommersiya bankında Biznesin inkişafə və marketiq departamentində başlamışdır. 2010-ci ildən Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində (TİM) çalışır. Hal-hazırda TİM-in İqtisadi təhlil departamentinin Maliyyə sektoru və bazarlarının təhlili şöbəsinin rəisi vəzifəsində işləyir.

TƏDQİQAT SAHƏLƏRİ

Tədqiqat maraqları: Maliyyə sabitliyi, stress-testləşdirmə, risklərin idarə edilməsi, ödəniş sistemləri

Son 3 ildə həyata keçirdiyi tədqiqat işləri:

Depozitorların davranışı: heterogen panel qiymətləndirmələri

MDB ölkələrinin bank sektorunda rəqabət və maliyyə sabitliyi arasında əlaqə

Maliyyəyə çıxışın artırılmasında qeyr-bank maliyyə təşkilatlarının rolu

Bank sektorunun maliyyə vasitəçiliyi və iqtisadi artım arasında əlaqə 

Ödəniş sistemlərinin iqtisadi artıma təsiri

Hal hazırda işlədiyi tədqiqat işləri:

Maliyyə savadlılığı və maliyyə sabitliyi arasında əlaqə

İstifadəçinin kursları

Kurs haqqında:Kursda Bazel III-ün yaranmasına ehtiyac, kapitalın tərkib elementləri, yeni kapital adekvatlığı standartları, leverec əmsalı və likvidliklə bağlı Bazel III standartlarında təklif edilən yeniliklər haqqında məlumat verilir.Mövzular:1. Bazel II-nin çatışmazlıqları və Bazel III-ün ...
Bazel III
Bu kurs müasir bank sektoru ilə bağlı nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan asılı formalaşan fəaliyyət ...
Bank işi
"Statistika  fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla  işləməyi, ...
Statistika
Müasir şirkətin məqsədi nədir və bu məqsədə çatmaq üçün şirkət hara investisiya etməlidir? Bu investisiyanı etmək üçün maliyyələşməni haradan tapmalıdır? Sonda, investisiyadan gəlirlər investorlar arasında necə bölüşdürülməlidir? Bu tip suallara cavab vermək üçün korporativ maliyyə fənni üzrə 15 ...
Korporativ maliyyə
Təlim haqqındaTəlim iştirakçıların ekonometrika elminin zaman sıraları bölməsinin xüsusən də modelləşdirmə və proqnozlaşdırma istiqamətində müasir tətbiqi üsullardan istifadə edərək bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr  zaman sıraları bölməsinin əsas nəzəri ...
Ekonometrik modelləşdirmə və proqnozlaşdırma
About conferenceThe Central Bank of the Republic of Azerbaijan has organized the first International Research Conference on theme 'Macroeconomic policies and financial stability issues in emerging markets' on 30-31 October 2014.Up to 30 well-known researchers from central banks of the 15 ...
Macroeconomic policies and financial stability issues in emerging markets (Conference)