Ekonometrik modelləşdirmə və proqnozlaşdırma
Təlim haqqında
Təlim iştirakçıların ekonometrika elminin zaman sıraları bölməsinin xüsusən də modelləşdirmə və proqnozlaşdırma istiqamətində müasir tətbiqi üsullardan istifadə edərək bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr zaman sıraları bölməsinin əsas nəzəri biliklərini, məşğələlər isə bu nəzəri biliklərin real iqtisadi göstəricilər üzərində tətbiqi biliklərini ötürəcəkdir.
Təlim empirik modelləşdirmə və proqnozlaşdırmanın əsas beş istiqaməti üzərində qurulmuşdur. İlkin olaraq iqtisadi göstəricilərin statistik xüsusiyyətləri təhlil edilməlidir. Daha sonra isə göstəricilərin xüsusiyyətinə və məqsədə uyğun olaraq metodoloqiya seçilirvə tərtib edilir. Seçilmiş metodoloqiya ilə göstəricilər qiymətləndirilir, ssenari təhlilləri aparılır və proqnozlaşdırılır Sonda isə. əldə edilən nəticələr və xətaların mənbəyi təhlil edilir.
Təlimdə əldə edilən biliklər makroiqtisadi göstəricilərin, maliyyə bazarlarının dinamikası və mövcud vəziyyətinin təhlil və proqozlaşdırılmasında həmçinin, risklərin idarə edilməsində istifadə edilə bilər.
Təlimin yekununda sertifikat əldə etmək istəyən Mərkəzi Bankda yekun imtahan verməlidir. Yekun imtahanın tarixi və yeri deyiləcəkdir.
Təlim iştirakçılarına uğurlar!