VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Fuad_Məmmədov

Fuad Məmmədov

QISA BİOQRAFİYA 

Təhsil:  2009-cu ildə Qafqaz Universitetində bakalvrtəhsil pilləsini, 2013-cü ildə isə Uilliams Kollecdə (ABŞ) magistr təhsil pilləsini bitirmişdir. 

İş təcrübəsi: Əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstititunda başlamışdır. 2014-cu ildən  Azərbaycan Respublikası Mərkəzi Bankında çalışır. Həmçinin, bir neçə universitetdə ekonometrika, makroiqtisadiyyat və statistika fənləri üzrə pedoqoji fəaliyyətlə də məşğul olmuşdur.

TƏDQİQAT SAHƏLƏRİ

Tədqiqat maraqları: Proqnozlaşdırma, ümumi tarazlıq modelləri, monetar siyasət, büdcə-vergi siyasəti


SON 3 İLDƏ HƏYATA KEÇİRDİYİ TƏDQİQAT İŞLƏRİ


"Azərbaycan üçün kiçik proqnozlaşdırma və simulasiya modeli (FORSAZ),” 2016, (Salman Hüseynovla birgə). Keçid>>

"Post-neft bumu dövründə inflyasiyanın proqnozlaşdırılması: Qeyri-xətti modellər uğurludur?,” İşçi Məqalələri Silsiləsi 1601, Azərbaycan Respublikası Mərkəzi Bankı, (Vüqar Əhmədov, Şaiq Adıgözəlov, Salman Hüseynov və Vüqar Rəhimovla birgə).  Keçid>>

"Əmanətçilərin davranışının determinantları: heterogen panel qiymətləndirmə,”İşçi Məqalələri Silsiləsi 1603, Azərbaycan Respublikası Mərkəzi Bankı, (Leyla Məmmədova, Aytən Məmmədova və Leyla Yusifzadə ilə birgə). Keçid>>

"Sosial kapital və sahibkarlıq prosesi,”Beynəlxalq Sahibkarlıq və Menecment Jurnalı, 2016, s.1-32, (Elvin Əfəndi və Məcid Kermani ilə birgə). Keçid>>

"Ölkə iqtisadiyyatı üzrə göstəricilərin modelləşdirilməsi və proqnozlaşdırılması: problemlər və praktiki çətinliklər,” 2015, (Mehdi Mehdiyev, Vüqar Əhmədov və Salman Hüseynov ilə birgə). Keçid>>

"Brent nefti opsiyonlarından neytral riskli ehtimal paylanmasının əldə olunması,” 2015, (Vüqar Əhmədov, Salman Hüseynov və Tural Kərimli ilə birgə). Keçid>>

"Azərbaycanda Biznes Tsikllərinin İndikator Əsaslı Proqnozlaşdırılması,” 2-ci Cenevrə İqtisadi İnsitutunun "Maliyyə Sektorunun İnkişafı: Daxili Kapital Bazarlarının Dəstəklənməsi və Gücləndirilməsi Siyasətləri” Konfransı, Cenevrə, İsveçrə, 2-3 Oktyabr, 2014, (Şaiq Adıgözəlov ilə birgə). Keçid>>

"Mərkəzi Bankın Etimadlılığı və Qara Bazar Valyuta Məzənnəsi Premiası: Panel Zaman sıraları təhlili,15-ci IWH-CIREQ Makroekonometrik Konfransı, Halle, Almaniya 1-2 Dekabr, 2014. Keçid>>

"Azərbaycanda Monetar Transmissiya Mexanizmi: SVAR təhlili,” 1-ci Beynəlxalq Konfrans: "İnkişaf etməkdə olan ölkələrdə makroiqtisadi siyasət və maliyyə sabitliyi məsələləri", Azərbaycan Respublikası Mərkəzi Bankı, Bakı, 30-31 Oktyabr, 2014. (Vüqar Əhmədovla birgə).



HAL-HAZIRDA İŞLƏDİYİ TƏDQİQAT İŞLƏRİ

"Makroiqtisadi şoklar və fiskal qaydalar,” (Peter Pedroni və Şaiq Adıgözəlovla birgə)

"Neft ixrac edən MDB ölkələrində pula tələb funksiyası,” (Kristian Dreqer və Vüqar Əhmədovla birgə).

"Neft qiymətlərinin qlobal daşınmaz əmlak bazarına ötürücülüyü,” (Peter Pedroni və Vüqar Əhmədovla birgə)


ƏLAVƏ MƏLUMAT

İDEAS və REPEC bazasında şəxsi profili. Keçid>>


İstifadəçinin kursları

Kurs haqqında:Kursda Bazel III-ün yaranmasına ehtiyac, kapitalın tərkib elementləri, yeni kapital adekvatlığı standartları, leverec əmsalı və likvidliklə bağlı Bazel III standartlarında təklif edilən yeniliklər haqqında məlumat verilir.Mövzular:1. Bazel II-nin çatışmazlıqları və Bazel III-ün ...
Bazel III
"Menecerlər üçün iqtisadiyyat" fənnində makro və micro iqtisadiyyatın nəzəri məsələləri menecerial səviyyədə öyrədilir. Kursun materiallarını ümumilikdə 3 istiqamətdə qruplaşdırmaq olar: mikroiqtisadiyyatın əsasları, makroiqtisadiyyatın əsasları və dövlətin iqtisadi tənzimləmə siyasətinin nəzəri ...
Menecerlər üçün iqtisadiyyat
Vergitutma sosial-iqtisadi həyatımızın bütün sahələrini əhatə edir. Artıq nəinki iş adamları və mühasiblər, hətta vətəndaşlar da vergi sistemindəki yeniliklər və vergilərin düzgün hesablanması barədə məlumatlı olmağa çalışır.  Hər bir kəs, hər bir vətəndaş vergi ödəyir. Lakin biz vergilərlə ...
Vergilər və vergitutma
Bu təlim makroiqtisadiyyatın əsaslarına nəzər yetirməklə  qiymətlər, gəlir, məşğulluq və istehsal kimi  göstəricilərin təhlilini əhatə edir. Həmçinin, müxtəlif iqtisadi məktəblərin yanaşmalarını nəzərə almaqla məcmu təklif və tələb, iqtisadi fluktuasiyalar və artım, pul və bankcılıq, ...
Makroiqtisadiyyat
Mən sizi iqtisadiyyatın  maraqlı sahələrindən biri olan inkişaf iqtisadiyyatı ilə tanış etmək istəyirəm. İnkişaf iqtisadiyyatı rifahın yaxşılaşmasına xidmət edən bütün   iqtisadi, sosial, siyasi, institusional məsələləri qarşılıqlı şəkildə öyrənir. Bazar mexanizmləri, dövlət və  özəl sektor ...
İnkişaf iqtisadiyyatı
Kursun məqsədi bank sistemi və maliyyə bazarı arasında qarşılıqlı əlaqə və onun makroiqtisadi effektlərinin öyrənilməsidir. Burada aktivlərin qiyməti, maliyyə bazarlarında faiz dərəcəsinin determinantları, zaman və risk strukturu, fond bazarı, rasional gözləntilər nəzəriyyəsi və s. kimi ...
Bank sistemi və maliyyə bazarları
İnsanlar istehlakçı, sahibkar və ya istehsal prosesinin iştirakçıları olaraq hər gün  mikroiqtisadiyyatın bir çox prinsiplərini təcrübədən keçirir və əslində onların seçimləri, qərarları  iqtisadi qanunauyğunluqlara əsaslanır.Sizin də bildiyiniz kimi bütün dünyada əhali sayı artdığı üçün tələb də...
Mikroiqtisadiyyat
"Statistika  fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla  işləməyi, ...
Statistika
Müasir şirkətin məqsədi nədir və bu məqsədə çatmaq üçün şirkət hara investisiya etməlidir? Bu investisiyanı etmək üçün maliyyələşməni haradan tapmalıdır? Sonda, investisiyadan gəlirlər investorlar arasında necə bölüşdürülməlidir? Bu tip suallara cavab vermək üçün korporativ maliyyə fənni üzrə 15 ...
Korporativ maliyyə
Təlim haqqındaTəlim iştirakçıların ekonometrika elminin zaman sıraları bölməsinin xüsusən də modelləşdirmə və proqnozlaşdırma istiqamətində müasir tətbiqi üsullardan istifadə edərək bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr  zaman sıraları bölməsinin əsas nəzəri ...
Ekonometrik modelləşdirmə və proqnozlaşdırma
Kursun məqsədi beynəlxalq iqtisadiyyatın əsaslarına dair nəzəri və praktiki biliklər biliklər verməkdən ibarətdir. Benəlxalq iqtisadiyyat kursu 2 hissədən ibarətdir: beynəlxalq mikroiqtisadiyyat və beynəlxalq makroiqtisadiyyat. Beynəlxalq mikroiqtisadiyyat çərçivəsində biz əmtəələrin və istehsal ...
Beynəlxalq iqtisadiyyat
About conferenceThe Central Bank of the Republic of Azerbaijan has organized the first International Research Conference on theme 'Macroeconomic policies and financial stability issues in emerging markets' on 30-31 October 2014.Up to 30 well-known researchers from central banks of the 15 ...
Macroeconomic policies and financial stability issues in emerging markets (Conference)