VİRTUAL TƏHSİL PLATFORMASI

İnkişaf iqtisadiyyatı

Mən sizi iqtisadiyyatın  maraqlı sahələrindən biri olan inkişaf iqtisadiyyatı ilə tanış etmək istəyirəm. İnkişaf iqtisadiyyatı rifahın yaxşılaşmasına xidmət edən bütün   iqtisadi, sosial, siyasi, institusional məsələləri qarşılıqlı şəkildə öyrənir. 

Bazar mexanizmləri, dövlət və  özəl sektor arasındakı əlaqələr, ölkələrin tarixi inkişaf yolunun onun iqtisadi inkişaf səviyyəsi ilə əlaqəsi, institusional mühit və s. inkişaf iqtisadiyyatının araşdırdığı məsələlərdir.

Siz bu pilot dərsdə ölkələrin iqtisadi inkişaf səviyyələri  arasındakı fərqlər, inkişafın və ya iqtisadi artımın əsas hərəkətverici qüvvəsi, həmçinin müxtəlif institusioanl məhdudiyyətlər, yoxsulluq səviyyəsi, gəlir bərabərsizliyi, imkanlara bərabər çıxış, biznes mühiti, rəqabətqabiliyyətlik, insan kapitalı və s. məsələlər barəsində həm nəzəri, həm də praktik biliklər öyrənə bilərsiniz.

Qeyd olunan məsələlər 15 mövzunu əhatə edir. Mövzularla tanışlıq zamanı siz həm də müxtəlif beynəlxalq hesabatlara istinad etmək, makroiqtisadi göstəricilərdən istifadə bacarıqlarına da yiyələnmiş olacaqsınız.

Hər mövzuya aid testlər vasitəsilə öyrəndiklərinizi yoxlamaq imkanınız olacaq və yekun test vasitəsilə ümumi biliyinizi qiymətləndirə biləcəksiniz.

Ümid edirəm bu dərs sizin üçün faydalı olacaq.

Sizə uğurlar!

Gulzar2_Intro_HD_v2_encoded.mp4Gulzar2_Intro_HD_v2_encoded.mp4