VİRTUAL TƏHSİL PLATFORMASI

Beynəlxalq iqtisadiyyat

Kursun məqsədi beynəlxalq iqtisadiyyatın əsaslarına dair nəzəri və praktiki biliklər biliklər verməkdən ibarətdir. Benəlxalq iqtisadiyyat kursu 2 hissədən ibarətdir: beynəlxalq mikroiqtisadiyyat və beynəlxalq makroiqtisadiyyat. Beynəlxalq mikroiqtisadiyyat çərçivəsində biz əmtəələrin və istehsal amillərinin ölkələrarası hərəkətinin səbəb və nəticələrini öyrənirik. Ölkələrin bir-biri ilə niyə ticarət əlaqəsi qurması və onların ticarətdən hansı faydanı əldə etməsi suallarının cavabı da məhz beynəlxalq mikroiqtisadiyyat fənninin predmetinə daxildir. Burada biz həmçinin ölkələrin beynəlxalq ticarəti tənzimləmək yaxud məhdudlaşdırmaq istiqamətində gördüyü tədbirlərin motivlərini, həmin tədbirlərin cəmiyyətin rifah səviyyəsinə təsirini də nəzərdən keçiririk. Ticarətin iqtisadi artıma və iqtisadi əlaqələrin ölkənin rifah səviyyəsinə təsirləri də bu çərçivədə öyrəniləcək mövzulardır. Biz həmçinin istehsal amillərinin hərəkəti ticarətlə müqayisədə daha böyük səmərəliliyə malik olmasının nəzəri-praktiki əsaslarını da öyrənirik.

Beynəlxalq mikroiqtisadiyyat bölməsindən sonra biz açıq iqtisadiyyatın makroiqtisadiyyatı sahəsində mövzulara daxil oluruq: beynəxalq iqtisadiyyatın maliyyə aspektləri; valyuta bazarı; məzənnəni müəyyən edən amillər; məzənnə və inflyasiya; alıcılıq qabiliyyəti pariteti; tədiyyə balansı. 

Həm beynəlxalq mikroiqtisadiyyat, həm də beynəlxalq makroiqtisadiyyat nəzəriyyələrlə zəngindir. Kurs ərzində biz dərslik səviyyəsindən müəyyən qədər kənara çıxaraq həmin nəzəriyyələrin Azərbaycan iqtisadiyyatı timsalında tətbiqini yoxlayırıq. 

Asif intro HD B_encoded.mp4Asif intro HD B_encoded.mp4