Makroiqtisadiyyat
Bu təlim makroiqtisadiyyatın əsaslarına nəzər yetirməklə qiymətlər, gəlir, məşğulluq və istehsal kimi göstəricilərin təhlilini əhatə edir. Həmçinin, müxtəlif iqtisadi məktəblərin yanaşmalarını nəzərə almaqla məcmu təklif və tələb, iqtisadi fluktuasiyalar və artım, pul və bankcılıq, stabililləşdirmə üsulları, və beynəlxlaq ticarət barədə danışılacaqdır.
Təlimi tamamaladıqdan sonra iştirakçılar,
a) iqtisadiyyatın məhdud (qıt) resursların paylanması haqda olduğunu, qıtlığın seçimə məcbur etdiyini və hər seçimin fürsət məsrəfi olduğunu öyrənəcəklər. Həmçinin, bu anlayışları analitik olaraq qrafiklərlə təhlil etməyi öyrənəcəklər.
b) İqtisadi artım və ona təsir edən amilləri müəyyən etməyi həmçinin, əhalinin artımı və texnoloqiyanın inkişafını təsirlərini təhlil etmə imkanları olacaqdır.
c) Rəqabətli bazarda məhsul və xidmətlərə tələb və təklifi təyin edən amilləri müəyyən etməyi və tələb və təklifin tarazlıq qiymətini necə müəyyən etdiyini öyrənəcəklər.
ç) İnflyasiya və işsizliyin səbəb və nəticələrini anlayacaqlar.
d) Qısa və uzun müddətli dövrdə monetar və fiskal siyasətlərin iqtisadiyyatı stabilləşdirmək üçün necə istifadə edilməsi barədə biliklərə yiyələcəklər.
- Müəllim: Fuad Məmmədov