VİRTUAL TƏHSİL PLATFORMASI

 

Vergilər və vergitutma

Vergitutma sosial-iqtisadi həyatımızın bütün sahələrini əhatə edir. Artıq nəinki iş adamları və mühasiblər, hətta vətəndaşlar da vergi sistemindəki yeniliklər və vergilərin düzgün hesablanması barədə məlumatlı olmağa çalışır.  


Hər bir kəs, hər bir vətəndaş vergi ödəyir. Lakin biz vergilərlə bağlı yalnız fəaliyyətimiz və gəlirlərimizdən asılı olan öhdəlikləri yerinə yetiririk. Bu baxımdan vergilər barədə biliklərimizi daha da artırmaq ehtiyacı daim aktual olaraq qalır.


Vergi qanunvericiliyi və vergi sistemində aparılan ən son dəyişikliklər barədə xəbardar olmaq istəyənlər üçün məhz "Vergilər və vergitutma” dərsi hazırlanmışdır.  


Nəzəri biliklərlə yanaşı, praktik misallar əsasında vergitutmanın izah olunması, eləcədə konkret situasiyalar üzrə məlumatların verilməsi bir çoxları üçün ilk baxışda çətin mövzu hesab edilən bu fənnin ən sadə formada çatdırılmasına xidmət edir.


Ümidvaram ki, dərs həm peşəkar, həm də həvəskar dimləyicilər üçün faydalı olacaq.


Sizə uğurlar arzu edirəm!

Vusal_INTRO HD.mp4Vusal_INTRO HD.mp4