Strateji İdarəetmə
Biz bu kurs daxilində strateji idarəetməyə giriş verməklə yanaşı onun bünövrəsini təşkil edən bir sıra mövzular - menecment, təşkilati struktur və onun dizaynı, eləcə də təşkilati mədəniyyət və korporativ idarəetmə istiqaməti üzrə təməl məlumatları sizinlə bölüşəcəyik.
Bundan əlavə kursun əsasında dayanan mövzular - strateji idarəetmənin əsas mərhələləri olan xarici və daxili mühitin təhlili prosesi və metodları, strateji hədəflərin və planın formalaşdırılması yolları, strategiyanın tətbiqi, eləcə də strategiyanın monitorinqi və qiymətləndirilməsi zamanı diqqət edilməli olan məsələlər barədə geniş məlumat verəcəyik.
Sonda isə liderlik üslubları və strateji liderlik haqqında da müzakirələr aparılmış və strateji idarəetməni həyata keçirmək üçün lazım olan xüsusi bacarıqlar haqqında olan fikirlər bölüşülmüşdür.
Hər bir mövzunun və ümumilikdə kursun sonunda əldə edilmiş biliklərin yoxlanılması üçün müvafiq test tapşırıqları verilmişdir.
- Müəllim: Aliyə Əsədzadə
- Müəllim: Əzizağa Haxverdiyev