Agent Bankçılıq: mahiyyəti, riskləri və həyata keçirilmə üsulları
Bu təlim kursu agentlər vasitəsilə maliyyə xidmətlərinin göstərilməsinə, yəni “agent bankçılıq” kimi tanınan fəaliyyət növünə həsr olunub. Biz, maliyyə təşkilatları tərəfindən agentlərin cəlb olunmasının mahiyyətinə, habelə kimin hansı şərtlərlə agent kimi çıxış edə biləcəyini nəzərdən keçiririk. Dünyanın müxtəlif ölkələrində reallaşdırılmış agentlərin cəlb edilməsi ilə bağlı risklər və konkret agentləşdirmə sxemləri təhlil edilmişdir. .
Mühazirə həm biznesin strateji inkişafına, əməliyyat səmərəliliyinin artırılmasına cavabdeh olan maliyyə təşkilatlarının əməkdaşları, həm də tənzimləyici və nəzarət orqanlarının nümayəndələri üçün faydalı olacaqdır.
Dünya Bankının Elektron və Rəqəmsal Maliyyə Xidmətləri üzrə Qrupunun bu layihəsi Dünya Bankı Qrupunun üzvü olan IFC tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.Bu kurs maarifləndirici xarakter daşıyır, yekun imtahanın keçirilməsi və sertifikatın təqdim olunması nəzərdə tutulmayıb.
- Müəllim: Pavel Şust (Павел Шуст)