Xüsusi Tənzimləyici Test Rejimləri
Bir qayda olaraq, tənzimləmənin inkişaf sürəti texnologiyaların inkişaf sürətindən aşağı olur. Buna görədir ki, bütün dünyada tənzimləmələr sahəsində tənzimləyicilər, bir tərəfdən yeni texnologiyaların tətbiqində risklərinin azaldılması, digər tərəfdən isə innovasiyalar üçün əsassız maneələrin meydana çıxmaması üçün yeni yanaşmaların tapılmasına çalışırlar.
Bu yanaşmalardan biri “xüsusi tənzimləyici test rejimlərinin” yaradılmasıdır. Bu tip rejimlər çərçivəsində şirkətlərin öz yeni məhsul və ya modellərini bazarın məhdud bir hissəsində sınaq testlərindən keçirə bilmələri üçün imkan yaranır. Lakin bu zaman şirkətlər qanunvericiliyin tələblərinə riayət etməyə bilərlər. Belə bir yolla şirkətlər bu tip yanaşmalara tələbin olub-olmamasını və onun reallaşdırılmasını qiymətləndirə bilərlər. Tənzimləyicilər üçün isə həmin yanaşmalar əsasında onun inkişafını izləmək və bütün bazarı potensial risklərə məruz qoymamaq üçün imkan yaranır.
Əvvəlllər xüsusi tənzimləyici test rejimləri iqtisadiyyatın bir sıra sektorlarında müxtəlif dərəcədə istifadə olunmuşdur. Lakin buna baxmayaraq, maliyyə bazarlarında onların tətbiqi həmin sektorlarala müqayisədə nisbətən yenidir.
Bu mühazirədə biz, hansı maliyyə innovasiyalarının mövcudluğunu, onların tətbiqinin qarşısını kəsən hansı maneələrin olmasını, eləcə də xüsusi tənzimləyici test rejimlərinin növlərini və əsas fəaliyyət formalarını nəzərdən keçiririk. “Etirazsız məktublar” kimi əlaqəli tənzimləyici alətlər də nəzərdən keçirilir.
Dünya Bankı Qrupunun Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan IFC tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.