Dayanıqlı maliyyənin əsasları
"Dayanıqlı maliyyənin əsasları" kursu maliyyə və iqtisadiyyat sahəsində çalışanlar, həmçinin dayanıqlı maliyyə sahəsində biliklərini artırmaq istəyənlər üçün hazırlanıb.
Kurs dayanıqlı maliyyə prinsiplərini öyrənmək və bu sahədəki biliklərini genişləndirmək üçün dəyərli məlumatlar təqdim edir.
Kursun məqsədləri:
- Dayanıqlı maliyyənin əsas prinsiplərini öyrətmək
- Maliyyə qərarlarında dayanıqlılıq anlayışını təşviq etmək
Kursda nələri öyrənəcəksiniz:
- Dayanıqlı və yaşıl maliyyə anlayışları: bu iki maliyyə növü arasındakı fərqlər və oxşarlıqlar
- Yaşıl maliyyə alətləri: yaşıl istiqrazlar və yaşıl kreditlər
- Taksonomiya: dayanıqlılıq prinsiplərinə uyğun iqtisadi fəaliyyətlərin təsnifləşdirilməsi
- Beynəlxalq razılaşmalar: Paris Razılaşması və Dayanıqlı İnkişaf Məqsədləri (SDG-lər)
Kimlər üçün uyğundur?
- Maliyyə qurumlarında çalışan mütəxəssislər
- Davamlı inkişaf və ESİ prinsipləri ilə maraqlananlar
- Dayanıqlı maliyyənin iqtisadiyyatdakı rolu barədə biliklərini genişləndirmək istəyənlər
Kurs 10.12.2024-ci il tarixində istifadəyə verilmişdir.