VİRTUAL TƏHSİL PLATFORMASI

Uşaqlar və pullar

Əziz valideynlər,

Bildiyiniz kimi, uşaqlarımızın inkişafının və uğurunun təməlində həm də maliyyə savadlılığı durur.

Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı mütəmadi olaraq  müxtəlif hədəf qrupları, o cümlədən uşaqlar üçün fərqlitədbirlər həyata keçirir. Maliyyə savadlılığı saymaq, hesablamaq, seçim etmək, qənaətli davranmaq və bu kimi maliyyə biliklərinin bünövrəsinin kiçik yaşlardan qoyulmasına kömək edir. Bunun üçün uşaqları maliyyə qərarlarının verilməsinə cəlb etmək olduqca vacibdir.

Bu məqsədlə biz övladlarınız üçün  “Uşaqlar və pullar” adlı maraqlı və faydalı onlayn kurs hazırlamışıq.

Bu kurs Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Savadlılığı Portalının (bizimpullar.az) materialları və maliyyə savadlılığına dair Evgeniya Bliskavkanın müəllifi olduğu və Rusiya Federasiyasının "Home Credit Bank"ı tərəfindən nəşr olunmuş "Uşaqlar və pullar" praktiki dərs vəsaiti əsasında yaradılmışdır.

Bu kursda biz Pulun yaranma səbəbləri və Azərbaycanın milli pulları haqqında bəhs edəcəyikPulu faydalı şəkildə necə xərcləyək? Arzularımıza necə çataq? Pulumuzu necə idarə edək? Pullarımızı "tələlərdən" necə qoruyaq? Pullarımızı necə artıra bilərik? Pullarımıza “qaçmağı” necə öyrədək? Pulumuzdan necə pul qazana bilərik? Pullar bizi necə qoruyur? Gələcəyimizin qayğısına necə qalaq?  Pulu necə borc alaq? suallarına birlikdə cavab tapacağıq.

Biz çalışmışıq ki, kursu çox rahat və sadə dildə izah edək. İnanırıq ki, bu kurs uşaqlarınıza  gələcəkdə müstəqil maliyyə qərarları  vermək üçün möhkəm təməl yaradacaqdır.

Hər mövzunun sonunda uşaqlara əldə olunan bilikləri yoxlamaq məqsədilə maraqlı suallar hazırlamışıq.

Qeyd olunan kurs özünətəhsil prinsiplərinə əsaslanır; başqa sözlə uşağınız müəllimdən və digər kurs iştirakçılarından asılı deyil. Siz istənilən vaxt, istənilən yerdə kursa qoşulub resurslardan faydalana bilərsiniz.

Xüsusilə qeyd etmək istərdik ki, bütün tədris prosesi ödənişsizdir.

Kursun bitməsi üçün son müddət yoxdur. Bununla belə, tövsiyə edirik ki, siz övladlarınızın bu kursu ən geci bir ay ərzində başa çatdırmalarına dəstək olasınız.

Kursu uğurla bitirən uşaqlara sertifikat və hədiyyələr veriləcəkdir.

Sizə uğurlar!

İntro_AZE_FINAL_HD_encoded.mp4İntro_AZE_FINAL_HD_encoded.mp4