VİRTUAL TƏHSİL PLATFORMASI

Maliyyə bazarları və maliyyə institutları

Mütəşəkkil maliyyə bazarları sistemi olmadan müasir kapitalist iqtisadiyyatını təsəvvür etmək mümkün deyil desəm yenilik olmaz. Ali canlılarda qan dövranı bütün daxili və xarici üzvlərin sağlam fəaliyyətinin təmin edilməsində hansı rolu oynayırsa, müasir kapitalist iqtisadiyyatında maliyyə resurslarının hərəkəti də eyni rolu oynayır. Maliyyə resurslarının sərbəst hərəkətini təmin etməklə maliyyə bazarları müasir cəmiyyətin bütün səviyyələrində səmərəli iqtisadi fəaliyyəti mümkün etmiş olur. Bu baxımdan «Maliyyə bazarları və maliyyə institutları» kursununn əhəmiyyəti aydın olur.

Maliyyə bazarları həm fəaliyyət, həm tədqiqat, həm öyrənmə sahəsi kimi elə bir dəryadır ki, onu hər hansı bir kurs, tədris yaxud analitik ədəbiyyat vahidi ilə qismən də olsa əhatə etmək çox mürəkkəb vəzifədir. Bəlkə də heç mümkün deyil. Buna görə də maliyyə bazarlarının öyrənilməsinə, tədrisinə həsr olunmuş müxtəlif formatlı mənbə nə qədər çox olarsa, bir o qədər öyrənənlər üçün yaxşı olar. Çalışmışıq ki, bizim də bu videokursumuz maliyyə bazarlarını öyrənməyə yeni başlayan yaxud bu sahə üzrə biliklərini yeniləməyə, genişləndirməyə çadışanlara keyfiyyətli yardımçı olsun.

Məqsədimiz dinləyicilərdə maliyyə bazarlarının bir sistem olaraq fəaliyyət əsasları, anlayışları və məfhumları, buradakı iqtisadi proseslərin mahiyyəti barəsində geniş, bir-biri ilə məntiqi əlaqədə olan biliklərin formalaşdırılmasıdır. Ümid edirik ki, təqdim edilən kurs maliyyə bazarlarının öyrənilməsinin növbəti, daha mürəkkəb səviyyələri üçün ilkin çıxış nöqtəsi rolunu oynayacaq.

Bütün dinləyicilərə uğurlaq arzulayıram!

Azer_intro_MINUS 2 and EDITED_encoded.mp4Azer_intro_MINUS 2 and EDITED_encoded.mp4