VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Zöhrab İbrahimov istifadəçinin şəkili

Zöhrab İbrahimov

1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1967-cı ildə Oktyabr rayonundakı C.Cabbarlı adına 161 №-li orta məktəbə daxil olmuş, 1977-ci ildə orta məktəbi kamal attestatı ilə bitirmişdir.

1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statistika fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə Az.XTİ-nu bitirib, təyinatla SSRİ Dövlət Əmək Əmanət Kassaları Azərbaycan respublika Baş İdarəsinin sərəncamına  göndərilmişdir. Bu idarədə əvvəlcə iqtisadçı, sonra isə böyük müfəttiş vəzifələrində işləmişdir. 1984-cü ildə Azərbaycan SSR DİN-nin İnşaat İdarəsinə işə qəbul olunmuşdur. Əvvəlcə böyük mühasib-müfəttiş, sonra isə əmək və əmək haqqının təşkili üzrə I dərəcəli mühəndis vəzifələrində işləmişdir.

1991-ci ildə istehsalatdan ayırlmaqla Azərbaycan Dövlət İqtisad İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1994-cü ildə aspiranturanı bitirdikdən sonra, «Bank işi» kafedrasında müəllim vəzifəsində saxlanılmışdır. 1997-ci ildə dissertasiya işini müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1998-ci ildə «Bank işi» kafedrasında baş müəllim işləmişdir. 2001-ci ildə isə dosenti vəzifəsinə seçilmişdir. Hal-hazıra kimi «Bank işi» kafedrasının dosenti vəzifəsində işləyir.

XII.2004 - IV.2014 tarixlərində İqtisad Universitetinin Doktorantura şöbəsinin müdiri;

IV.2014 - X.2015 tarixlərində Maliyyə fakültəsinin dekanı vəzifələrində işləmişdir.

İstifadəçinin kursları

Pul və banklar fənninə daxil olan mövzular bütün dinləyicilərikifayət qədər çevik, lakin müfəssəl materiallarla təmin edir.Pul və banklar fənni əsas nəzəri kurslardan biri olmaqla pul, kredit, bank sistemi, bank olmayan kredit təşkilatları, beynəlxalq valyuta münasibətləriv haqqında ...
Pul və banklar