QISA BİOQRAFİYA
Təhsil: 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın tənzimlənməsi” fakultəsinin bakalavr, 2002-2004-cü illərdə həmin Universitetin "Vergi və vergiqoyma” ixtisası üzrə magistr pilləsini bitirmişdir.
2009-cu ildə "İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə Bakı Dövlət Universitetinin Elmi Şurasında iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir.
Iş təcrübəsi:
Əmək fəaliyyətinə 2002-ci ildə Vergilər Nazirliyinin təsis etdiyi "Vergilər” qəzetində iqtisadçı kimi başlamışdır.
2004-cü ildən 2016-cı ilədək Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinə təyin olunmuş və həmin baş idarədə dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi, bölmə rəisi və şöbə rəisi vəzifələrində çalışmışdır.
2016-cı ildən 2018-ci ilin aprel ayınadək Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Departamentinin Maliyyə institutlarında vergi monitorinqi idarəsinin direktor müavini vəzifəsində çalışmışdır.
Pedoqoji fəaliyyət:
2008-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Vergilər və vergitutma” fənnini tədris etmişdir, 2017-ci ildə həmin Universitetin MBA fakultəsində "Liderlik, innovasiya və məsuliyyət” fənnindən dərs demişdir.