Təhsili |
|
2005 - 2009 |
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsilini alıb. |
2009 - 2011 |
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Kommersiya hüququ ixtisası üzrə magistr təhsilini alıb. |
2011 - 2012 |
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinin Maliyyə-kredit ixtisası üzrə distant bakalavr təhsilini alıb.
İş təcrübəsi |
2005 - 2006 |
“XXI Əsr Gənc Hüquqşunaslar Birliyində Müxtəlif layihələrin iştirakçısı və tədbirlərin təşkil olunmasında texniki və administrativ yardımçısı olaraq iş fəaliyyətini başlamışdı. |
2007 - 2010 |
Hüquq Firmalarında Vəkil köməkçisi olaraq işləyib |
2009 - 2011 |
NATO-Azərbaycan Beynəlxalq Məktəbinin tədbirlərin təşkili üzrə kordinatoru kimi fəaliyyət göstərib. |
2009 - 2016 |
Müxtəlif tədris mərkəzlərində Dövlət qulluğu qanunvericiliyi, ümumi və xüsusi beynəlxalq hüquq, vergi hüququ, sığorta hüququ və mülki hüquq fənləri üzrə dərslər aparır. |
2012 - 2018 |
Azərbaycan Sığortaçılar Assosasiasında Mühazirəçi və təlimçi olaraq çalışır |
2012 - bugünədək |
Xəzər Universitetinin İqtisadiyyat fakültəsinin müəllimidir |
2014 - bugünədək |
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Maliyyə Məktəbi fakültəsinin müəllimidir |
2015 - bugünədək |
Yeni Azərbaycan Partiyası Nəsimi rayon Gənclər Birliyinin Şurasının üzvü olaraq fəaliyyət göstərir. |
2010 - 2016 |
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində Baş məsləhətçi olaraq iş fəaliyyətini davam etdirib |
2016 - 2017 |
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentində Aparıcı mütəxəssis olaraq çalışıb |
2017 - 2018 |
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentində Böyük mütəxəssis olaraq çalışıb |
2018-2019 |
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin Qeyri-həyat sığorta infrastrukturuna nəzarət idarəsinin rəisi çalışmış və Sığorta fəaliyyətinə nəzarət departamentinin departament direktoru vəzifəsini icra edib. |
2019-2020 |
İcbari Sığorta Bürosunun Himayəçilik Şurasının üzvü kimi fəaliyyətini davam etdirmişdir |
2020 - bugünədək |
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədr müavini olaraq fəaliyyət göstərir. |
Rus, İngilis, Türk və Fransız dillərini bilir. Evlidir, üç övladı var.