1980-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunda anadan olmuşdur.
TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit” ixtisası üzrə bakalavr və magistr pillələrini bitirmişdir.
ELMİ FƏALİYYƏT
"Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək "08.00.10 - Maliyyə, pul tədavülü və kredit” şifrəsi ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.
UNEC-in "Maliyyə və maliyyə institutları” kafedrasında elmlər doktoru pilləsi üzrə dissertantura təhsilini bitirəndən sonra "5301.01. - Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə "Azərbaycan Respublikasında büdcə kəsirinin qiymətli kağızlarla maliyyələşdirilməsi problemləri” mövzusunda dissertasiya işi iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün müdafiəyə təqdim olunmuşdur.
ƏMƏK FƏALİYYƏTİ
Əmək fəaliyyətinə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində aparıcı mütəxəssis kimi başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının "Tədqiqatlar və statistika” və "Pul siyasəti”departamentlərində çalışmışdır. Hazırda Mərkəzi Bankının Kommunikasiya şöbəsinin rəisi vəzifəsində çalışır.
PEDAQOJİ FƏALİYYƏT
MBA proqramı üzrə "Macroeconomics”, "Economics for managers”, "Financial system”, "Financial management of finance services providers” fənlərini tədris edir.
ELMİ ƏSƏRLƏRİ
"Büdcə kəsirinin maliyyələşdirilməsi: yeni çağırışlar və perspektivlər", "Dövlət borcunun idarə edilməsi” adlı monoqrafiyaların, "Maliyyə” Terminlər Lüğətinin, "Economics for managers” adlı tədris-metodiki vəsaitin müəllifi, "Böyük İqtisadi Ensiklopediyanın”, həmçinin bir sıra monoqrafiyaların həmmüəllifidir.
Dünya Bankında, Beynəlxalq Valyuta Fondunun Birləşmiş Vyana İnstitutunda, Avropa Mərkəzi Bankında, Almaniyanın Bundesbankında, İtaliya Mərkəzi Bankında, İngiltərə Mərkəzi Bankında, Rusiya Mərkəzi Bankında, Türkiyə Mərkəzi Bankında, İran Mərkəzi Bankında təşkil olunan, eləcə də digər xarici seminar və konfranslarda elmi məqalə və təqdimatlarla çıxışlar etmiş, materialları xarici elektron nəşrlərdə dərc olunmuşdur. Elmi məqalələri yerli və xarici nəşrlərdə, o cümlədən Rusiya və İtaliyanın elmi jurnallarında çapdan çıxmışdır.
aganemat.blogspot.com
aganemat@gmail.com