Orucova Gülşən Oruc qızı, 2001-2007–cu illər Azərbaycan Dövlət İqtisad Universitetində, 2007-2009-cu illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində, 2009-2012-ci illər İnformasiya Texnologiyaları İnstitutunda, 2012-2014-cü illər Euro Audit LLC–də, 2014-2015-ci illər Dünya Bankının CAPSAP layihəsində, 2015-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin “Sertifikatlaşdırılma və imtahanların təşkili” şöbəsinin müdiri vəzifəsində çalışır.
Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin MBA magistr pilləsində və Azərbaycan Turizm və Menecment Universiteti ilə tərəfdaş ali təhsil müəssisəsi - Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin (TEU) proqramı üzrə beynəlxalq standartlara uyğun Maliyyə uçotu və Maliyyə hesabatlarının hazırlanması fənlərini ingilis dilində tədris edir.
Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magist pillələrini fərqlənmə ilə bitirmişdir. Bir sıra yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir. ACCA (The Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) proqramı üzrə sertifakatlara və eyni zamanda İPSAS (International Public Sector Accounting Standards - İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları) üzrə müvəffəqiyyət sertifikatına malikdir.