VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Azər Babayev istifadəçinin şəkili

Azər Babayev

Təhsil:

1983-1984-cü və 1986-1989-cu illərdə Leninqrad Maliyyə-İqtisad Universitetinin Bakı filialının (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) «Maliyyə-kredit» fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elmi Şuranın qərarı ilə təhsilini məqsədli aspiranturada davam etdirməkdən ötrü Sankt-Peterburq şəhərinə göndərilmişdir.

1989-1994-cu illərdə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetinin aspiranturasında «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə təhsil almış, namizədlik dissertasiyanı müdafiə etmişdir.

2004-2005-ci illərdə Sankt-Peterburq Dövlət İqtisad və Maliyyə Universitetində «Müəssisə (biznes) dəyərinin qiymətləndirilməsi» proqramı üzrə ikinci təhsil almışdır.

İş təcrübəsi:

1994-cü ildən indiyə kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) çalışır. Hal-hazırda UNEC Rus İqtisad Məktəbinin «İqtisadiyyat» kafedrasının dosentidir. Tədrisin bütün pillərində (bakalavriat, magistratura, MBA) çalışır. Son illərin tədris fəaliyyəti «Maliyyə bazarları» fənnini də əhatə edir.  

«Pul və banklar» (2000, 2012) və «Bank işi» (2016) fənləri üzrə baza dərsliklərin həmmüəlliflərindən biridir. Həmçinin respublikada ilk «Qiymətli kağızlar bazarı» (2003) dərsliyinin həmmüəllifidir.

İstifadəçinin kursları

Mütəşəkkil maliyyə bazarları sistemi olmadan müasir kapitalist iqtisadiyyatını təsəvvür etmək mümkün deyil desəm yenilik olmaz. Ali canlılarda qan dövranı bütün daxili və xarici üzvlərin sağlam fəaliyyətinin təmin edilməsində hansı rolu oynayırsa, müasir kapitalist iqtisadiyyatında maliyyə ...
Maliyyə bazarları və maliyyə institutları
Bu kurs müasir bank sektoru ilə bağlı nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan asılı formalaşan fəaliyyət ...
Bank işi
Kursun məqsədi bank sistemi və maliyyə bazarı arasında qarşılıqlı əlaqə və onun makroiqtisadi effektlərinin öyrənilməsidir. Burada aktivlərin qiyməti, maliyyə bazarlarında faiz dərəcəsinin determinantları, zaman və risk strukturu, fond bazarı, rasional gözləntilər nəzəriyyəsi və s. kimi ...
Bank sistemi və maliyyə bazarları