Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri
Əziz tələbələr və bank sektoruna maraq göstərənlər,
Təqdim etdiyimiz bu kurs "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik əsasında hazırlanmışdır.
Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət göstərəcək yeni peşəkar kadrların hazırlanması, habelə bank əməkdaşlarının və tələbələrin rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Bu kursda ümumilikdə 14 mövzu əhatə edilmişdir. Tədris zamanı, rəqəmsal ödəniş ekosisteminin nüvə komponentləri və onların fəaliyyəti, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası, tənzimləmə və nəzarət çərçivəsi, müxtəlif ödəniş alətləri, o cümlədən çeklər, birbaşa debetləşmə, ödəniş kartı, elektron pul və onlar vasitəsilə aparılan ödəniş əməliyyatları, ödəniş əməliyyatları üzrə məlumatların emalı ilə bağlı təqdimatlarla tanış olaraq bu sahə ilə bağlı biliklərinizi daha da təkmilləşdirəcəksiniz.
Rəqəmsal ödəniş ekosistemində sıçrayışlı inkişaf tendensiyası və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq, rəqəmsal ödənişlərin iqtisadi artıma təsiri və üstünlükləri, elektron bankçılıq xidmətləri və onların növləri, mərkəzi bankların rəqəmsal pulları və onların tətbiqi imkanları, virtual valyutalar və onların tətbiqi, rəqəmsal ödəniş ekosistemində son innovasiyalardan olan sandbox, yəni xüsusi tənzimləmə rejimi, rəqəmsal bankçılıq, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri haqqında bölmələr bu kursa daxil edilmişdir.
Bu kursun hər biriniz üçün fayadlı olacağına inanırıq və uğurlar arzulayırıq.
Qeyd: Kurs 2023-cü ildə istifadəyə verilib