Tağıyev Xəyaləddin Rəsul oğlu
1985-ci ilin 1 yanvar tarixində Gədəbəy rayonunun R.Əliyev (indiki Miskinli) kəndində anadan olmuşdur. 2013-2016-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı olmuş və 2018-ci ildən “Ekonometriya: iqtisadi statistika” ixtisasından iqtisad üzrə fəlsəfə doktorudur.
2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında ödəniş sistemlərinin inkişafı və nəzarəti sahəsində müxtəlif vəzifələrdə çalışır. 2014-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı üzrə “Biznes statistikası” və “Maliyyə risklərinin idarə edilməsi” fənlərini saat-hesabı əsasında tədris etmişdir. 2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yarım-ştat əsasında baş elmi işçi vəzifəsində çalışmışdır. Hazırda həmin institutda elmlər doktorluğu proqramı üzrə təhsil alır. 2020-ci ildən Azərbaycan Texniki Universitetinin “İqtisadiyyat və statistika” kafedrasında yarım-ştat əsasında dosent vəzifəsində çalışır. 20-dən yuxarı elmi məqalənin, 3 dərslik və dərs vəsaitinin müəllifidir.
Ailəlidir, üç övladı var.