VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Tamerlan Rüstəmov istifadəçinin şəkili

Tamerlan Rüstəmov

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat  İnstitutunun doktorantı Rüstəmov Tamerlan Hafiz oğlu müxtəlif illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasında ödəniş sistemlərinin inkişafı və nəzarəti sahəsində fəaliyyət göstərmişdir.

Hazırda “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavinidir. Həmçinin Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, Azərbaycan Fintex Assosiasiyasında isə layihə rəhbəridir.

Fəaliyyət göstərdiyi bu illər ərzində ölkədə rəqəmsal ödəniş ekosisteminin formalaşması, bu sahədə normativ hüquqi çərçivənin yaradılması, innovativ ödəniş alətləri və texnologiyalarının tətbiqinin genişlənməsi, ümumilikdə ekosistemin rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların realizasiyasında yaxından iştirak etmişdir. 

Ölkədə rəqəmsal ödənişlər sahəsində ilk dəfə nəşr olunan “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin həmmüəllifidir. Rəqəmsal transformasiya və rəqəmsal ödənişlər sahəsində 10-dan artıq elmi məqalələrin və bir çox çox publisist yazıların müəllifidir.

İstifadəçinin kursları

Əziz valideynlər,Bildiyiniz kimi, uşaqlarımızın inkişafının və uğurunun təməlində həm də maliyyə savadlılığı durur.Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı mütəmadi olaraq  müxtəlif hədəf qrupları, o cümlədən uşaqlar üçün fərqlitədbirlər ...
Uşaqlar və pullar
Уважаемые родители,Как известно, в основе успешного развития наших детей особо важную роль играет финансовая грамотность. С этой целью Центральный Банк нашей страны для повышения финансовой грамотности населения постоянно проводит различные мероприятия для разных целевых групп, в том числе и для ...
Дети и деньги
Əziz tələbələr və bank sektoruna maraq göstərənlər,Təqdim etdiyimiz bu kurs "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik  əsasında hazırlanmışdır. Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət ...
Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri
Qlobal miqyasda yeni rəqəmsal texnologiyaların tətbiqi, istifadəçi tələblərinin, yeni iştirakçıların və ödəniş sistemlərinin dəyişməsi Azərbaycanda rəqəmsal ödənişlərin inkişafına təkan vermişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə rəqəmsal ödənişlərin inkişafı və nağdsız ödənişlərin...
Bankçılıq və rəqəmsal ödənişlər
"Statistika  fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla  işləməyi, ...
Statistika