QISA BİOQRAFİYA
Təhsil: 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və iqtisadi kibernetika fakültəsinin bakalavr pilləsini, 1998-2000-ci illərdə isə həmin fakültənin magist pilləsini bitirmişdir. 2011-ci ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
İş təcrübəsi: Əmək fəaliyyətinə 1998-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyinin (indiki AR İqtisadiyyat və Sənaye Nazirliyinin) İqtisadi İslahatlar Mərkəzində (indiki İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda) başlamışdır. 2000-ci ildən əmək fəaliyyətini Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institutunda elmi işçi kimi davam etdirmişdir. 2006-cı ildən Azərbaycan Respublikası Mərkəzi Bankının Tədqiqatlar departamentində calışır.
TƏDQİQAT SAHƏLƏRİ
Tədqiqat maraqları: Makroiqtisadiyyat, modelləşdirmə
Son ildə həyata keçirdiyi tədqiqat işləri:
"Neft qiymətlərinin inflyasiyaya ötürücülüyü: neft ixrac edən ölkələrin təcrübəsi", 2016, İsveçrənin SECO təşkilatı və Beynəlxaq-İnkişaf Ali institutunun layihəsi (Tural Kərimli, Nigar Cəfərova, Salman Hüseynov ilə birgə)
"Azərbaycanda maliyyə dayanıqlığının qiymətləndirilməsi", 2016, Dəyişən qlobal şəraitdə maliyyə sabitliyinin inkişafı mövzusunda 10-cu Beynəlxalq konfrans, İndoneziya (Qorxmaz İmanov və Rəşad Yusifzadə ilə birgə)
Hazırda işlədiyi tədqiqat işləri:
Fiskal şokların makroiqtisadi təsirləri;
Pul siyasətinin transmissiya mexanizminin tədqiqi;
İstifadəçinin kursları





