Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Rüstəmov Tamerlan Hafiz oğlu müxtəlif illərdə Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatasında ödəniş sistemlərinin inkişafı və nəzarəti sahəsində fəaliyyət göstərmişdir.
Hazırda “Bank of Baku” ASC-nin Ödəniş sistemləri departamentinin direktor müavinidir. Həmçinin Azərbaycan Banklar Assosiasiyasında “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun rəhbəri, Azərbaycan Fintex Assosiasiyasında isə layihə rəhbəridir.
Fəaliyyət göstərdiyi bu illər ərzində ölkədə rəqəmsal ödəniş ekosisteminin formalaşması, bu sahədə normativ hüquqi çərçivənin yaradılması, innovativ ödəniş alətləri və texnologiyalarının tətbiqinin genişlənməsi, ümumilikdə ekosistemin rəqabət qabiliyyətinin artırılması istiqamətində islahatların realizasiyasında yaxından iştirak etmişdir.
Ölkədə rəqəmsal ödənişlər sahəsində ilk dəfə nəşr olunan “Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri” adlı dərsliyin həmmüəllifidir. Rəqəmsal transformasiya və rəqəmsal ödənişlər sahəsində 10-dan artıq elmi məqalələrin və bir çox çox publisist yazıların müəllifidir.