VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Pərviz Quliyev istifadəçinin şəkili

Pərviz Quliyev

Qısa Bioqrafiya 

1993-cü ildə Rusiya Federasiyasının Sankt Peterburq şəhərində Maliyyə-İqtisad Universitetini bitirmişdir. 2005-ci ildə isə Böyük Britaniyanın London şəhərində yerləşən “University of East London” universitetində Beynəlxalq Biznesin İdarə olunması üzrə MBA dərəcəsi almışdır. 

1993-cü ildən etibarən 25 il ərzində maliyyə sektorunda çalışmışdır, əsasən bank və sığorta şirkətlərində mühasibatlıq, daxili audit, risklərin idarə olunması bölmələrinə rəhbərlik etmişdir. 

01.06.2019-cu ildən etibarən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində İnsan Resursları İdarəsinin “Maarifləndirmə və İnkişaf Mərkəzinin” rəisi vəzifəsində çalışır. “Milli Kvalifikasiya Çərçivəsi” layihəsi çərçivəsində hazırlanmış “Sığorta mütəxəssisi” dərsliyinin müəllifidir. 2009-cu ildən etibarən Azərbaycan Bank Tədris Məktəbinin təlimçi-ekspertidir və bir sıra iqtisadi profilli universitetlərdə mühazirələr oxuyur və sığorta sahəsində tədqiqatla məşğul olur.

İstifadəçinin kursları

Əziz valideynlər,Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizdə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirdir. İbtidai sinif şagirdləri üçün təqdim etdiyimiz bu kurs vasitəsilə ...
Uşaqlar üçün sığorta
Müasir inkişaf etmiş cəmiyyətləri sığortasız təsəvvür etmək qeyri-mümkündür. Əbəs deyildir ki, bəzən ölkədə sığorta işinin inkişaf səviyyəsi həmin ölkələrin sivil-mədəni inkişaf səviyyəsinə bərabər tutulur.Artıq çoxdan bəllidir ki, sığorta işinin müasir məhsuldar biznes fəlsəfəsini  ancaq ...
Sığorta
Bu kurs müasir bank sektoru ilə bağlı nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan asılı formalaşan fəaliyyət ...
Bank işi
Dear children,The Central Bank of the Republic of Azerbaijan organizes various instructive projects to raise awareness about, literacy and promotion of insurance in our country.In this course, Introduction to Insurance, that is presented to you, you will learn about insurance, its functions and ...
Introduction to insurance
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə həyata keçirdiyi  “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində Tena B. Kryusun “Sığortanın ...
Sığortanın əsasları
Azərbaycan Respublikası Mərkəzi Bankı vətəndaşların maliyyə savadlılığının artırılması istiqamətində sığorta maarifləndirməsinin artırılmasına qərar vermişdir. Bu məqsədlə geniş əhali kütləsi üçün hazırlanmış “sığorta maarifləndirməsi” seminarında əsasən sığortanın mahiyyəti və cəmiyyətdə ...
Sığorta xidmətləri: Vətəndaşlar üçün
Biz bu kurs daxilində strateji idarəetməyə giriş verməklə yanaşı onun bünövrəsini təşkil edən bir sıra mövzular - menecment, təşkilati struktur və onun dizaynı, eləcə də təşkilati mədəniyyət və korporativ idarəetmə istiqaməti üzrə təməl məlumatları sizinlə bölüşəcəyik.Bundan əlavə kursun əsasında...
Strateji İdarəetmə