Kursun məqsədi, maliyyə savadlığının əsas xüsusiyyətləri barədə insanları məlumatlandırmaq və uğurlu gələcək,yüksək rifah üçün vacib olan maliyyə biliklərini öyrətməkdir.
Salam!
Bu gün biz Sizə "Milli pul nişanlarımız" kursunu təqdim edirik.
Bildiyiniz kimi, hal-hazırda dövriyyədə həm 2006-cı ildə buraxılan yeni nəsil pul nişanları, həm də onların 2021-ci ildən etibarən yenilənmiş versiyaları da istifadə olunur. Bəs biz onları nə qədər yaxşı tanıyırıq? Saxta pulu müəyyən etmək üçün kifayət qədər biliyimiz varmı? Bu və digər sualların cavablarını Siz bu kursda tapa biləcəksiniz.
Hər nominal üzrə xüsusi hazırlanmış izahedici animasiyalarla tanış olduqdan sonra Siz əldə etdiyiniz biliklərinizi özünüyoxlama testlər ilə sınaya bilərsiniz. Bundan əlavə, kursun əvvəlində diaqnostik test yerləşdirilib. Onun məqsədi ilkin biliklərinizi qiymətləndirməsində köməklik etməkdir. Kursun son hissəsində isə yekun imtahanı başa çatdırandan sonra, imtahan nəticələrini müqayisə edib inkişafınızı müəyyən edə biləcəksiniz.
Bu distant kursun həm uşaqlar, həm də böyüklər üçün faydalı olacağından əminik. Bir daha xatırlatmaq istərdik ki, virtual təhsil platformasında digər kurslar kimi də bu kurs ödənişsizdir və yekunda, uğurlu nəticə edənlərə müvafiq sertifikatlar təqdim olunacaq.
Hamınıza uğurlar diləyirik!

Dear parents,
As you may know, financial literacy is an important basis for the development and success of our children.
In order to develop the literacy of the population, the Central Bank of the Republic of Azerbaijan regularly implements different measures for different target groups, including children. Financial literacy helps to lay the foundation for counting, calculating, making choices, being economically efficient, and so on from early ages. In order to make it happen, it is important to involve children in financial decisions.
For this purpose, we have prepared an interesting and practical online course for your children called "Children and Money".
This course is based on the materials of the Financial Literacy Portal of the Central Bank of the Republic of Azerbaijan (bizimpullar.az) and the practical textbook "Children and Money" authored by Evgenia Bliskavka and published by Home Credit Bank of the Russian Federation.
In this course we will talk about the reasons for the creation of money and the national currency of Azerbaijan, how to spend our money efficiently? How to achieve our dreams? How to manage our money? How to protect our money from "threats"? How to increase our money? How to teach money to “run”? How to make money from the money we have? How money protects us? How to take care of our future? How to borrow money? We will find answers to your questions together.
We tried to explain the course in a very comfortable and simple language. We believe that this course will provide a solid foundation for your children to make independent financial decisions in the future.
At the end of each topic, we have prepared interesting questions for children to test their knowledge.
The course is based on the principles of self-education; in other words, your child is independent of the teacher and other course participants. You can join the course anytime, anywhere and take advantage of the resources.
We would like to emphasize that the whole educational process is free.

- Müəllim: Aytən Abbasova
- Müəllim: Cavid Həsənzadə
Əziz valideynlər,
Bildiyiniz kimi, uşaqlarımızın inkişafının və uğurunun təməlində həm də maliyyə savadlılığı durur.
Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı mütəmadi olaraq müxtəlif hədəf qrupları, o cümlədən uşaqlar üçün fərqlitədbirlər həyata keçirir. Maliyyə savadlılığı saymaq, hesablamaq, seçim etmək, qənaətli davranmaq və bu kimi maliyyə biliklərinin bünövrəsinin kiçik yaşlardan qoyulmasına kömək edir. Bunun üçün uşaqları maliyyə qərarlarının verilməsinə cəlb etmək olduqca vacibdir.
Bu məqsədlə biz övladlarınız üçün “Uşaqlar və pullar” adlı maraqlı və faydalı onlayn kurs hazırlamışıq.
Bu kurs Azərbaycan Respublikasının Mərkəzi Bankının Maliyyə Savadlılığı Portalının (bizimpullar.az) materialları və maliyyə savadlılığına dair Evgeniya Bliskavkanın müəllifi olduğu və Rusiya Federasiyasının "Home Credit Bank"ı tərəfindən nəşr olunmuş "Uşaqlar və pullar" praktiki dərs vəsaiti əsasında yaradılmışdır.
Bu kursda biz Pulun yaranma səbəbləri və Azərbaycanın milli pulları haqqında bəhs edəcəyik, Pulu faydalı şəkildə necə xərcləyək? Arzularımıza necə çataq? Pulumuzu necə idarə edək? Pullarımızı "tələlərdən" necə qoruyaq? Pullarımızı necə artıra bilərik? Pullarımıza “qaçmağı” necə öyrədək? Pulumuzdan necə pul qazana bilərik? Pullar bizi necə qoruyur? Gələcəyimizin qayğısına necə qalaq? Pulu necə borc alaq? suallarına birlikdə cavab tapacağıq.
Biz çalışmışıq ki, kursu çox rahat və sadə dildə izah edək. İnanırıq ki, bu kurs uşaqlarınıza gələcəkdə müstəqil maliyyə qərarları vermək üçün möhkəm təməl yaradacaqdır.
Hər mövzunun sonunda uşaqlara əldə olunan bilikləri yoxlamaq məqsədilə maraqlı suallar hazırlamışıq.
Qeyd olunan kurs özünətəhsil prinsiplərinə əsaslanır; başqa sözlə uşağınız müəllimdən və digər kurs iştirakçılarından asılı deyil. Siz istənilən vaxt, istənilən yerdə kursa qoşulub resurslardan faydalana bilərsiniz.
Xüsusilə qeyd etmək istərdik ki, bütün tədris prosesi ödənişsizdir.
Kursun bitməsi üçün son müddət yoxdur. Bununla belə, tövsiyə edirik ki, siz övladlarınızın bu kursu ən geci bir ay ərzində başa çatdırmalarına dəstək olasınız.
Kursu uğurla bitirən uşaqlara sertifikat və hədiyyələr veriləcəkdir.
Sizə uğurlar!

- Müəllim: Aytən Abbasova
- Müəllim: Nəzrin Əlizadə
Дорогие ребята,
Как известно, в основе успешного развития детей особо важную роль играет финансовая грамотность. С этой целью Центральный Банк нашей страны для повышения финансовой грамотности населения постоянно проводит различные мероприятия для разных целевых групп, в том числе и для детей.
В предлагаемом нами курсе «Введение в страхование» вы получите общие сведения о страховании, принципах его работы, функциях и видах, познакомитесь с понятиями, относящимися к сфере страхования, найдёте ответы на такие вопросы как «Зачем нам страхование?», «Как мы можем застраховаться?» и др.
Курс состоит из 13 видеоуроков, в конце каждой темы мы подготовили интересные вопросы, с помощью которых у вас будет возможность проверить полученные знания. Пользователи, успешно завершившие курс, получат соответствующие сертификаты и подарки.
Мы надеемся, что этот курс будет для вас полезным и что после его завершения у вас появится более глубокое представление о страховании.
Удачи!

- Müəllim: Aytən Abbasova
Hörmətli kursun iştirakçısı,
Risk nəticəsindən asılı olmayaraq təsadüfi və gözlənilmədən baş verən hadisədir.
Riskin idarəedilməsi və sığorta kursu beynəlxalq metodologiyalara əsaslanaraq hazırlanmışdır. Kurs risk, riskin növləri, riskin gündəlik həyatımızdakı yeri və təsiri, riskin idarəedilməsi mexanizmləri və alətləri, eləcə də riskin idarəedilməsinin başlıca alətlərindən olan sığorta barədə ətraflı məlumatları ehtiva edir. Kurs boyunca sığorta mexanizminin incəlikləri ilə bağlı ətraflı məlumat iştirakçılara təqdim ediləcəkdir. Kursu tamamlayan iştirakçılar sığorta nə olduğunu, sığotanın bütün dünyada qəbul edilmiş beynəlxalq prinsiplərini, təkrarsığortanın nə işə yaradığını və sığorta sahəsində olan subyektlərin nədən ibarət olduğunu mənimsəyəcəklər.
Kursun hədəf kütləsi maliyyə sahəsində çalışan şəxslər xüsusilə risk menecerləri, sığorta sektorunda fəaliyyət göstərən mütəxəssislər, istər bakalavr, istərsə də magistr və daha yuxarı təhsil pilləsində təhsil alan tələbələr, eyni zamanda elmi fəaliyyətini davam etdirən tədqiqatçılardır.
Kursda əldə ediləcək biliklərdən maliyyə sahəsinin bütün sahələrində, qeyri-maliyyə sahəsində, gündəlik peşəkar və məişət həyatımızda istifadə edilməsi və tətbiq edilməsi mümkündür.
Kursun bütün iştirakçılarına uğurlar.
Kurs 10.05.2024-cw ildə istifadəyə verilib

- Müəllim: Firdovsi Ağaşirinov
Уважаемые родители,
Как известно, в основе успешного развития наших детей особо важную роль играет финансовая грамотность. С этой целью Центральный Банк нашей страны для повышения финансовой грамотности населения постоянно проводит различные мероприятия для разных целевых групп, в том числе и для детей. Финансовая грамотность помогает с малых лет заложить фундамент таких финансовых навыков как умение считать, принимать рациональные решения, вести учёт расходов, грамотное обращение с деньгами и т.д. Для этого крайне важно с малых лет привлекать детей к принятию финансовых решений. С этой целью мы подготовили для ваших детей интересный, полезный и практичный курс под названием «Дети и деньги».
В этом курсе мы поговорим о причинах возникновения денег и о национальных деньгах Азербайджанской Республики; о том, как потратить деньги с пользой; как найти дорогу к мечте; как управлять деньгами; как защитить деньги от ловушек; как увеличить наши денежные сбережения; как научить деньги "бегать"; как можно получать прибыль с наших денег; как деньги нас защищают; как позаботиться о будущем; как занимать деньги и так далее.
Мы сделали данный курс максимально простым и доступным для детей. И верим, что этот курс поможет вашим детям в будущем самостоятельно принимать правильные финансовые решения.
В конце каждой темы мы подготовили интересные вопросы, с помощью которых у вас будет возможность проверить полученные знания.
Данный курс основывается на принципах самообразования, другими словами ваш ребёнок не будет зависеть от учителей либо других участников курса. Вы в любое время с любого места можете подключиться к курсу и воспользоваться данным ресурсом.
Хотелось бы особо отметить, что весь учебный процесс бесплатный.
Несмотря на то, что у курса нет временных ограничений, мы рекомендуем, чтобы вы помогли своим детям пройти данный курс в течении месяца.
Данный курс был создан на основе материалов Портала Финансовой Грамотности Центрального Банка Азербайджанской Республики и на основе практического учебного пособия "Дети и деньги" под авторством Евгении Блискавки и изданной "Home Credit Bank" Российской Федерации.
Дети, успешно завершившие курс, получат соответствующие сертификаты и подарки.
Удачи!

- Müəllim: Aytən Abbasova
- Müəllim: Nəzrin Əlizadə
Dear parents,
The Central Bank of The Republic of Azerbaijan carries out various projects to promote insurance literacy and awareness in our country.
Through this course that we offer for primary school students, children will find answers to questions such as Why do we need insurance?, What is insurance?, and learn about Voluntary and Compulsory insurance types and The work of insurance companies.
We hope that kids will listen to us eagerly and share what they learned with their friends, encourage them to take this course as well.
They can test their learnings through a quiz at the end. Children completing the course successfully will receive a certificate and special gifts.
Thanks for your time.
Best of luck!

- Müəllim: Aygün Rəsulova
Дорогие родители,
Центральный Банк Азербайджанской Республики с целью повышения страховой грамотности в нашей стране организовывает различные интересные мероприятия. Одним из таких мероприятий является созданный нами курс «Детям о страховании».
В рамках этого курса ваши дети найдут ответы на такие вопросы как «Что такое страхование?», «Для чего нужно страхование?», а также узнают о «Добровольном и обязательном страховании» и «O pаботе страховой компании».
Мы уверены, что дети внимательно и с большим интересом прослушают этот курс. Также надеемся, что они будут делиться полученными знаниями со своими друзьями и приглашать их на данный курс.
В конце курса у ваших детей будет возможность проверить свои знания с помощью тестов. Дети, успешно окончившие курс, будут награждены особыми сертификатами и подарками.
Спасибо за внимание.
Успехов вашим детям!

- Müəllim: Fərəh Əliyeva
Əziz valideynlər,
Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkəmizdə sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirdir.
İbtidai sinif şagirdləri üçün təqdim etdiyimiz bu kurs vasitəsilə uşaqlar Sığorta nə üçün lazımdır?, Sığorta nədir? suallarına cavab tapacaq, habelə Könüllü və məcburi sığorta və Sığorta şirkətinin işi haqqında ilkin məlumatlar alacaqlar.
İnanırıq ki, uşaqlar bizi maraqla və diqqətlə dinləyəcəklər. Öyrəndiklərini dostları ilə bölüşəcək, onları da bu kursu dinləməyə dəvət edəcəklər.
Məlumatları necə mənimsədiklərini test vasitəsilə yoxlaya bilərlər. Kursu uğurla bitirən uşaqlara xüsusi sertifikat və hədiyyələr veriləcəkdir.
Bizi dinlədiyiniz üçün sizə təşəkkür edirik.
Uğurlarınız bol olsun!

- Müəllim: Fərəh Əliyeva
Bu kurs maliyyə savadlılığının təşviqi və tədrisi üçün siyasətlər işləyəcək pedaqoji heyət, habelə təşkilat rəhbərləri və insan resursları menecerləri üçün maarifləndirmə məqsədilə hazırlanıb.
Kursda orta və ali təhsilin müxtəlif mərhələlərində maliyyə savadlılığı dərslərinin keçirilməsi, qısa, orta və uzun müddətdə bu dərslərin effektivliyinə dair tədqiqatlar, özəl təşəbbüslər, ali təhsildə tələbələrin maliyyə savadlılığının artırılması üçün görülən işlər və müxtəlif ali təhsil müəssisələrinin qabaqcıl layihələrindən bəhs edilir.
Bundan əlavə, maliyyə savadlılığı, maliyyə davranışı və maliyyə stresi arasındakı əlaqələrə və maliyyə stresinin iş yerində əməkdaşların məhsuldarlığına təsirinə dair maraqlı faktlardan danışılır. Bu mövzunun, xüsusilə, məktəb, universitet, təşkilat rəhbərləri və insan resursları menecerlərinə faydalı və maraqlı olacağına əminik.
Kurs əsasən Cey Libovits (Jay Liebowitz) tərəfindən redaktə edilən “Financial Literacy Education” (Maliyyə Savadlılığı Təhsili) adlı kitabda yer alan elmi məqalələr əsasında hazırlanmış və digər müvafiq resurslardan da istifadə olunmuşdur.

- Müəllim: Vüsal Həsənov
- Müəllim: Pərvin Qəhrəmanova