İstifadəçinin kursları
Əziz valideynlər,Bildiyiniz kimi, uşaqlarımızın inkişafının və uğurunun təməlində həm də maliyyə savadlılığı durur.Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı mütəmadi olaraq müxtəlif hədəf qrupları, o cümlədən uşaqlar üçün fərqlitədbirlər ...

Bu kurs maliyyə savadlılığının təşviqi və tədrisi üçün siyasətlər
işləyəcək pedaqoji heyət, habelə təşkilat rəhbərləri və insan resursları
menecerləri üçün maarifləndirmə məqsədilə hazırlanıb.
Kursda orta və ali təhsilin müxtəlif mərhələlərində maliyyə savadlılığı
dərslərinin keçirilməsi, ...

“Vergitutmanın praktiki aspektləri” kursu maliyyə və vergi sahəsində çalışan, eyni zamanda vergi sahəsində biliklərini artırmaq istəyən şəxslər üçün hazırlanıb.Kurs, vergitutmanın əsas dayağı olan gəlir vergisi, mənfəət vergisi, əlavə dəyər vergisi və əmlak vergisini dərindən öyrənmək və bu ...

Əziz tələbələr və bank sektoruna maraq göstərənlər,Təqdim etdiyimiz bu kurs "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik əsasında hazırlanmışdır. Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət ...

Bu kurs müasir bank sektoru ilə bağlı
nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların
maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə
məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan
asılı formalaşan fəaliyyət ...

"Statistika fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla işləməyi, ...

Mühasibat uçotunun əsaslarına dair təlim mühasibatlığa yeni başlayanlar, həmçinin mühasibatlığa dair əsas anlayışlarla tanış olmaq istəyənlər üçün nəzərdə tutulmuşdur. Bu təlimdə bu sahəyə marağı olan hər kəs, o cümlədən maliyyə ixtisası üzrə təhsil alan tələbələr, karyerasına yeni başlayan ...
