QISA BİOQRAFİYA
Təhsil: 1995-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsinin bakalavr, 1999-2001-ci isə illərdə həmin magistr pilləsini bitirmişdir.
2011-ci ilin oktyabr ayından 2012-ci ilin iyun ayına qədər Fulbright proqramı ilə Boston Universitetinin "İqtisadiyyat” departamentində tədqiqatla məşğul olmuşdur.
2005-ci ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
İş təcrübəsi: Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda tədqiqatçı kimi başlamışdır.
2004-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.
2005-ci ildən hal-hazıradək Azərbaycan Respublikasında Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmışdır.
2013-cü ildən Azərbaycan Respublikasının Mərkəzi Bankının Makroiqtisadi Tədqiqatlar departamentinin direktoru vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏLƏRİ
Ümumilikdə aparıcı daxili və xarici elmi jurnallarda nəşr edilmiş 30-a yaxın elmi məqalənin müəllifidir.
Tədqiqat maraqları: makro və monetar iqtisadiyyat, inkişaf maliyyəsi, makroiqtisadi modelləşdirmə və s.
Son illərdə həyata keçirdiyi tədqiqat işləri: Azərbaycan üçün kritik inflyasiya səviyyəsinin müəyyənləşdirilməsi; Pul siyasətinin iqtisadiyyata simmetrik və assimmetrik ötürücülüyünün qiymətləndirilməsi; İxrac və idxal funksiyalar üzrə qiymət elastikliyinin qiymətləndirilməsi və s. sahələrdə aparılmış tədqiqat işlərinin müəllifidir.
Hazırda işlədiyi tədqiqat işi: Dinamik-Stoxastik Ümümi Tarazlıq, Bayez əsaslı inflyasiyanın proqnozlaşdırılması kimi modellərin qurulmasında və monetar transmissiyanın makroiqtisadi effektlərinin tədqiqində iştirak edir.