QISA BİOQRAFİYA
Təhsil:2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə” fakültəsinin bakalavr pilləsini bitirmişdir.
2013-2014-cü illərdə İngiltərənin Şeffild Universitetində "Biznes maliyyəsi və iqtisadiyyat" ixtisası üzrə magistr təhsili almışdır.
İş təcrübəsi: 2014-2019-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi çalışmışdır. Həmçinin, ali təhsil müəssisələrində Bank işi fənninin tədrisi ilə də məşğuldur.
TƏDQİQAT SAHƏLƏRİ
Tədqiqat maraqları: monetar iqtisadiyyat, makroiqtisadiyyat, modelləşdirmə, bank işi
Son illərdə həyata keçirdiyi tədqiqat işləri:
"Neft ixrac edən MDB ölkələrində məzənnənin inflyasiya və onun komponentlərinə ötürücülüyü” İHEİD İşçi məqalələr silsiləsi 06-2017, Cenevrə Ali İqtisad İnstitutu (Vüqar Rəhimovla birgə)
"Neft ixrac edən ölkələrdə neft qiymətlərinin inflyasiyaya ötürücülüyü” İHEİD İşçi məqalələr silsiləsi 01-2016, Cenevrə Ali İqtisad İnstitutu (Tural Kərimli, Heyran Əliyeva və Salman Hüseynov ilə birgə)
Hazırda işlədiyi tədqiqat işi: Məzənnə dəyişiklikləri və idxal qiymətləri arasındakı əlaqə