Təhsil:
Azərbaycan Xalq Təssərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirdikdən sonra sığorta sistemində gənc mütəxəssis kimi işləyib.
1985-1988-ci illərdə Leninqrad Maliyyə-İqtisad Universitetinin maliyyə ixtisası üzrə əyani aspirantı olub.
1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sığorta mövzusunda maliyyə, pul tədavülü və kredit ixtisası üzrə namizədlik disserasiyası müdafiə edib.
İş təcrübəsi:
1989-cu ildən İqtisad Universitetinin "Maliyyə” kafedrasında müəllim fəaliyyətinə başlayıb, 1996-cı ildə dosent elmi adı alıb.
2005-ci ildə İqtisad Universitetinin "Maliyyə” kafedrasında milli sığorta bazarının problemlərinə həsr olunmuş elmlər doktoru dissertasisının ilkin müzakirəsindən uğurla keçib,
2010-cu ildə universitetin Dissertasiya Şurasında müdafiə edib.
2011-ci ildə AR Prezidenti yanında AAK-ın qərarı ilə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə professor elmi adı verilib.
Sığorta məsələlərinə dair 70-dən çox elmi əsərin, o cümlədən 2 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, monoqrafiya və onlarla elmi məqalənin müəllifidir.
UNEC Elmi-Metodik Şurasının, Dissertasiya Şurasının və fakültə Elmi Şurasının üzvudür.