VİRTUAL TƏHSİL PLATFORMASI

İctimai profil

Xəyaləddin Tağıyev istifadəçinin şəkili

Xəyaləddin Tağıyev

Tağıyev Xəyaləddin Rəsul oğlu 

1985-ci ilin 1 yanvar tarixində Gədəbəy rayonunun R.Əliyev (indiki Miskinli) kəndində anadan olmuşdur. 2013-2016-cı illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun doktorantı olmuş və 2018-ci ildən “Ekonometriya: iqtisadi statistika” ixtisasından iqtisad üzrə fəlsəfə doktorudur. 

2008-ci ildən Azərbaycan Respublikasının Mərkəzi Bankında ödəniş sistemlərinin inkişafı və nəzarəti sahəsində müxtəlif vəzifələrdə çalışır. 2014-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA Proqramı üzrə “Biznes statistikası” və “Maliyyə risklərinin idarə edilməsi” fənlərini saat-hesabı əsasında tədris etmişdir. 2019-2021-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yarım-ştat əsasında baş elmi işçi vəzifəsində çalışmışdır. Hazırda həmin institutda elmlər doktorluğu proqramı üzrə təhsil alır. 2020-ci ildən Azərbaycan Texniki Universitetinin “İqtisadiyyat və statistika” kafedrasında yarım-ştat əsasında dosent vəzifəsində çalışır. 20-dən yuxarı elmi məqalənin, 3 dərslik və dərs vəsaitinin müəllifidir.

Ailəlidir, üç övladı var.

İstifadəçinin kursları

Əziz valideynlər,Bildiyiniz kimi, uşaqlarımızın inkişafının və uğurunun təməlində həm də maliyyə savadlılığı durur.Əhalinin maliyyə savadlılığının artırılması istiqamətində Azərbaycan Respublikasının Mərkəzi Bankı mütəmadi olaraq  müxtəlif hədəf qrupları, o cümlədən uşaqlar üçün fərqlitədbirlər ...
Uşaqlar və pullar
Əziz tələbələr və bank sektoruna maraq göstərənlər,Təqdim etdiyimiz bu kurs "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik  əsasında hazırlanmışdır. Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət ...
Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri
Bu kurs maliyyə sahəsində peşəkar karyera qurmaq istəyənlər üçün faydalı olacaqdır. Kurs ərzində nəzəri biliklərlərlə yanaşı, eyni zamanda beynəlxalq aləmdə tanınmış bankların təcrübələri və öz şəxsi təcrübəmdəm əldə etdiyim məlumatları sizinlə bölüşəcəyəm. Kurs əsasən 3 hissədən ibarətdir: ...
Maliyyə sistemi, maliyyə bazarları və maliyyə vasitəçiliyi
Bu kurs müasir bank sektoru ilə bağlı nəzəri və praktiki məsələlərə giriş məqsədi daşıyır. İlk öncə, bankların maliyyə sistemində rolu və maliyyə vasitəçiliyinin əsas xüsusiyyətləri barədə məlumat verilir. Ardınca isə müasir dövrdə bankların əsas növləri və bundan asılı formalaşan fəaliyyət ...
Bank işi
Bu təlim makroiqtisadiyyatın əsaslarına nəzər yetirməklə  qiymətlər, gəlir, məşğulluq və istehsal kimi  göstəricilərin təhlilini əhatə edir. Həmçinin, müxtəlif iqtisadi məktəblərin yanaşmalarını nəzərə almaqla məcmu təklif və tələb, iqtisadi fluktuasiyalar və artım, pul və bankcılıq, ...
Makroiqtisadiyyat
Mən sizi iqtisadiyyatın  maraqlı sahələrindən biri olan inkişaf iqtisadiyyatı ilə tanış etmək istəyirəm. İnkişaf iqtisadiyyatı rifahın yaxşılaşmasına xidmət edən bütün   iqtisadi, sosial, siyasi, institusional məsələləri qarşılıqlı şəkildə öyrənir. Bazar mexanizmləri, dövlət və  özəl sektor ...
İnkişaf iqtisadiyyatı
"Statistika  fənninə giriş" kursuna xoş gəlmisiniz.Statistika fənni deyəndə bəlkə də bir çoxlarınız riyazi düsturlar, hesablamalar, ehtimallar və s. "Yox, bu mənlik deyil!" deyə düşünürsünüz. Bizim sizə tədqim etdiyimiz statistika kursunda siz statistik məlumatlarla və sorğularla  işləməyi, ...
Statistika
Təlim haqqındaTəlim iştirakçıların ekonometrika elminin zaman sıraları bölməsinin xüsusən də modelləşdirmə və proqnozlaşdırma istiqamətində müasir tətbiqi üsullardan istifadə edərək bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. Mühazirələr  zaman sıraları bölməsinin əsas nəzəri ...
Ekonometrik modelləşdirmə və proqnozlaşdırma